Axsamaz Instagram Photos and Videos

axsamaz Axsam.Az @axsamaz mentions
Followers: 84,260
Following: 230
Total Comments: 0
Total Likes: 0

Müğənni Səidə Sultanın son “İki- iki” adlı duet layihəsinin plagiat olması barədə yayılan məlumatlara ...
Media Removed
Müğənni Səidə Sultanın son “İki- iki” adlı duet layihəsinin plagiat olması barədə yayılan məlumatlara münasibət bildirib. Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Səidə repçi Jay Hunla (Ceyhun) ifa etdiyi mahnının alban müğənni Klayde və Cen Morelin “Licky” duetindən ... Müğənni Səidə Sultanın son “İki- iki” adlı duet layihəsinin plagiat olması barədə yayılan məlumatlara münasibət bildirib.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Səidə repçi Jay Hunla (Ceyhun) ifa etdiyi mahnının alban müğənni Klayde və Cen Morelin “Licky” duetindən bəhrələndiyini təsdiqləyib: “Burda utanılası nə var? Ayıb bir şey deyil. Bütün dünya plagiatdan istifadə edir. Mahnı yenidən aranjıman edilib və əlavələr olunub. Biz tam olaraq mahnıdan istifadə etməmişik. Ancaq xarakter olaraq bəstə eynidir. Sözləri Ceyhuna aiddir, giriş və əlavələri də onlar edib”. Bu məqamda bildirək ki, cütlük “Youtube” səhifəsində və instaqram paylaşımlarında mahnının müəlliflərinin adını qeyd etməyiblər.

Xatırladaq ki, Səidənin mahnısının plagiat olma xəbərini “Primetime.az” saytı yayıb.
Read more
Aktyor Müşviq Şahverdiyev doğum günün qeyd edib. Axşam.az-ın məlumatına görə aktyorun özəl ...
Media Removed
Aktyor Müşviq Şahverdiyev doğum günün qeyd edib. Axşam.az-ın məlumatına görə aktyorun özəl günündə ailəsi və yaxınları iştirak edib. Ad günündə çəkilən video sosial şəbəkədə paylaşılıb. Aktyor Müşviq Şahverdiyev doğum günün qeyd edib.

Axşam.az-ın məlumatına görə aktyorun özəl günündə ailəsi və yaxınları iştirak edib. Ad günündə çəkilən video sosial şəbəkədə paylaşılıb.
Müğənni Xatirə İslamın qardaşı Turalın “hə” mərasimi olub. Axşam.az-ın xəbərinə görə, sənətçi ...
Media Removed
Müğənni Xatirə İslamın qardaşı Turalın “hə” mərasimi olub. Axşam.az-ın xəbərinə görə, sənətçi bu barədə özü məlumat verib. Belə ki, o, mərasimdən şəkil yayımlayıb. Xatirə paylaşımına “Bacı boyuna qurban. Xoşbəxt olun” başlığını yazıb. Qeyd edək ki, ifaçının qardaşı iyul ayında ... Müğənni Xatirə İslamın qardaşı Turalın “hə” mərasimi olub.

Axşam.az-ın xəbərinə görə, sənətçi bu barədə özü məlumat verib. Belə ki, o, mərasimdən şəkil yayımlayıb. Xatirə paylaşımına “Bacı boyuna qurban. Xoşbəxt olun” başlığını yazıb.
Qeyd edək ki, ifaçının qardaşı iyul ayında hərbi xidmətdən qayıdıb.
Read more
Müğənni Xatirə İslam yeni şəklini yayımlayıb. Axşam.az-ın məlumatına görə, sənətçi fotonu ...
Media Removed
Müğənni Xatirə İslam yeni şəklini yayımlayıb. Axşam.az-ın məlumatına görə, sənətçi fotonu 1 milyonluq İnstaqram hesabında paylaşıb. İfaçı uzun yarıqlı libası ilə diqqət çəkib. O, tənqidlərin qarşısını almaq üçün fotonun şərh hissəsini bağlayıb. Müğənni Xatirə İslam yeni şəklini yayımlayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi fotonu 1 milyonluq İnstaqram hesabında paylaşıb. İfaçı uzun yarıqlı libası ilə diqqət çəkib. O, tənqidlərin qarşısını almaq üçün fotonun şərh hissəsini bağlayıb.
Gənc müğənni Amil Həsənoğlunun toyudur. Axşam.az xəbər verir ki, məclis şəhər restoranlarından ...
Media Removed
Gənc müğənni Amil Həsənoğlunun toyudur. Axşam.az xəbər verir ki, məclis şəhər restoranlarından birində keçirilir. Toya sənət aləminin say-seçmə nümayəndələri dəvət olunub. Gecədən görüntülər sosial şəbəkələrdə paylaşılıb. Gənc müğənni Amil Həsənoğlunun toyudur.

Axşam.az xəbər verir ki, məclis şəhər restoranlarından birində keçirilir.

Toya sənət aləminin say-seçmə nümayəndələri dəvət olunub.
Gecədən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Bu gündən ATV-də "Gündən-günə" verilişi yayıma başlayıb. Axşam.az Baku.ws-ə istinadən xəbər ...
Media Removed
Bu gündən ATV-də "Gündən-günə" verilişi yayıma başlayıb. Axşam.az Baku.ws-ə istinadən xəbər verir ki, həftə içi 5 gün yayımlanacaq verilişə əməkdar artist Əkbər Əlizadə aparıcılıq edir. Verilişin ilk buraxılışında qonaq olan Azərbaycan Dövlət Musiqili Teatrının heyəti yeni ... Bu gündən ATV-də "Gündən-günə" verilişi yayıma başlayıb.
Axşam.az Baku.ws-ə istinadən xəbər verir ki, həftə içi 5 gün yayımlanacaq verilişə əməkdar artist Əkbər Əlizadə aparıcılıq edir.
Verilişin ilk buraxılışında qonaq olan Azərbaycan Dövlət Musiqili Teatrının heyəti yeni verilişdə aktyora müvəffəqiyyətlər arzu ediblər.

Qeyd edək ki, Ə. Əlizadə "Gündən-günə"yə qədər "10-dan sonra" verilişinə aparıcılıq edib. "10-dan sonra"nın ilk aparıcısı Yusif Ağayev olub.
Read more
Rəqqasə Oksana Rəsulova ilk dəfə ana olmasından danışıb. Axşam.az 1news.az-a istinadən xəbər ...
Media Removed
Rəqqasə Oksana Rəsulova ilk dəfə ana olmasından danışıb. Axşam.az 1news.az-a istinadən xəbər verir ki, sənətçi hamiləlik şəkillərini yayıb. O bildirib ki, xoşbəxtdir: “Mənim şəxsi həyatım barədə danışmamağa bir neçə səbəblərim var idi. Mən bir çox insanların tənqidlərinə tuş gəldim. ... Rəqqasə Oksana Rəsulova ilk dəfə ana olmasından danışıb.
Axşam.az 1news.az-a istinadən xəbər verir ki, sənətçi hamiləlik şəkillərini yayıb. O bildirib ki, xoşbəxtdir: “Mənim şəxsi həyatım barədə danışmamağa bir neçə səbəblərim var idi. Mən bir çox insanların tənqidlərinə tuş gəldim. Amma eyni zamanda bir çoxları da məni dəstəklədi. Yazılan hər bir şərhi oxuyurdum.
Bəli, mənim şəxsi həyatım həmişə göz önüdə olub, amma özümə söz verdim ki, bu, bir daha olmayacaq. Ümumiyyətlə, mən heç bir problemlərimi tamaşaçı ilə paylaşmamışam, amma nədənsə şəxsi həyatım həmişə diqqət mərkəzində olub.

Mən ailə qurdum, hamilə oldum. Amma bu barədə heç bir müsahibə vermədim, çünki mətbuat nümayəndələri və aparıcıları sayəsində çox stress keçirdim. Mənim problemlərim barədə bilmədən xəbərlər yazdılar. Ancaq onların da başına eyni problemlərin gələ biləcəyini düşünməlidirlər.

Həyəcanlandım, ağladım, üzüldüm, amma özümə söz verdiyim üçün heç kimə heç bir şey demədim. Mən indi də bu barədə danışmayacağam . Amma həyatımda baş verən dəyişikliklıri bölüşmək istəyirəm. Allahdan hər bir qadının ana olmağını arzu edirəm”.
Read more
Müğənni Elnarə Xəlilova sosial media hesabında yeni fotolarını paylaşıb. Axşam.az-ın məlumatına ...
Media Removed
Müğənni Elnarə Xəlilova sosial media hesabında yeni fotolarını paylaşıb. Axşam.az-ın məlumatına görə, şəkillərdə ifaçının həyat yoldaşı Rövşən Cahangirov və qaynı da yer alır. Elnarənin "Qohum toyunda" qeydi ilə paylaşdığı şəkilləri izləyiciləri tərəfindən bəyənilib. Qeyd ... Müğənni Elnarə Xəlilova sosial media hesabında yeni fotolarını paylaşıb.

Axşam.az-ın məlumatına görə, şəkillərdə ifaçının həyat yoldaşı Rövşən Cahangirov və qaynı da yer alır.

Elnarənin "Qohum toyunda" qeydi ilə paylaşdığı şəkilləri izləyiciləri tərəfindən bəyənilib.

Qeyd edək ki, Rövşən və Elnarə cütlüyünün dörd övladı var.
Read more
Aktrisa Xuraman Əlizadə İnstaqramda yeni fotolarını paylaşıb. Axşam.az-ın məlumatına görə, ...
Media Removed
Aktrisa Xuraman Əlizadə İnstaqramda yeni fotolarını paylaşıb. Axşam.az-ın məlumatına görə, şəkilləri görənlər onu tanımaqda çətinlik çəkiblər. Belə ki, Xuraman fərqli makiyajı və gözündəki linzaları ilə hər kəsi təəccübləndirib. Sosial şəbəkə istifadəçiləri Əlizadənin ... Aktrisa Xuraman Əlizadə İnstaqramda yeni fotolarını paylaşıb.

Axşam.az-ın məlumatına görə, şəkilləri görənlər onu tanımaqda çətinlik çəkiblər.

Belə ki, Xuraman fərqli makiyajı və gözündəki linzaları ilə hər kəsi təəccübləndirib. Sosial şəbəkə istifadəçiləri Əlizadənin fotosuna təriflər yağdırıblar.
Read more
Xeyirxah əməlləri ilə tez-tez adından söz etdirən futbolçu Kriştiano Ronaldo bu dəfə də gündəm ...
Media Removed
Xeyirxah əməlləri ilə tez-tez adından söz etdirən futbolçu Kriştiano Ronaldo bu dəfə də gündəm olub. Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər il Pakistanda çirkli sulardan ölən 100 min insanın həyatını xilas etmək üçün oraya 15 milyon sterlinq (təxminən 32 milyon AZN) ... Xeyirxah əməlləri ilə tez-tez adından söz etdirən futbolçu Kriştiano Ronaldo bu dəfə də gündəm olub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər il Pakistanda çirkli sulardan ölən 100 min insanın həyatını xilas etmək üçün oraya 15 milyon sterlinq (təxminən 32 milyon AZN) göndərib.
Məlumata əsasən, Ronaldo bu hərəkəti ilə müsəlman sevənlərinin qəlbini fəth etmiş olub.
Read more
Əməkdar artist Röya Ayxan yeni fotosessiya üçün obyektiv qarşısına keçib. Axşam.az-ın məlumatına ...
Media Removed
Əməkdar artist Röya Ayxan yeni fotosessiya üçün obyektiv qarşısına keçib. Axşam.az-ın məlumatına görə, müğənni cəsarətli geyimlər nümayiş etdirib. Onun geyimləri sinə dekoltesi, uzun ayaq yarığı ilə diqqət çəkib. Röyanın şəkillərini türkiyəli fotoqraf Orcun Mutlu lentə alıb. Əməkdar artist Röya Ayxan yeni fotosessiya üçün obyektiv qarşısına keçib.
Axşam.az-ın məlumatına görə, müğənni cəsarətli geyimlər nümayiş etdirib. Onun geyimləri sinə dekoltesi, uzun ayaq yarığı ilə diqqət çəkib.
Röyanın şəkillərini türkiyəli fotoqraf Orcun Mutlu lentə alıb.
Müğənni Elvin Abdullayev "Səni deyirlər" mahnısına oynayıb sosial şəbəkədə yayan həmkarlarını ...
Media Removed
Müğənni Elvin Abdullayev "Səni deyirlər" mahnısına oynayıb sosial şəbəkədə yayan həmkarlarını tənqid edib. Axşam.az-ın məlumatına görə, ifaçı bu mahnının sədaları altında oynayanlara səslənib: "Yetər artıq, "Səni deyirlər" adlı sonsuz mahnıya son qoyun. Millət bezdi... Bəsdirin ... Müğənni Elvin Abdullayev "Səni deyirlər" mahnısına oynayıb sosial şəbəkədə yayan həmkarlarını tənqid edib.
Axşam.az-ın məlumatına görə, ifaçı bu mahnının sədaları altında oynayanlara səslənib: "Yetər artıq, "Səni deyirlər" adlı sonsuz mahnıya son qoyun. Millət bezdi... Bəsdirin bu mahnını reklam elədiniz. Ara ifaçıları qoyaq kənara, başqa vaxtı efirdə Şövkət Ələkbərovadan, Rəşid Behbudovdan, Müslüm Maqomayevdən yekə-yekə danışan tanınmışlar ayıb deyil sizə?". Qeyd edək ki, İranda yaşayan cənubi azərbaycanlılar sözügedən mahnıya rəqs fləşmobu hazırlayıblar.
Read more
Biləsuvar rayonunda aktyorun xəsarət almasının bəzi təfərrüatları məlum olub. Axşam.az “Report”a ...
Media Removed
Biləsuvar rayonunda aktyorun xəsarət almasının bəzi təfərrüatları məlum olub. Axşam.az “Report”a istinadən xəbər verir ki, toyda iştirak edən Mahir Mirişli ilə mərasim zamanı bir neçə şəxs arasında mübahisə yaranıb. Toy sahiblərinin köməyi ilə mübahisə edən şəxslər sakitləşdirilib. ... Biləsuvar rayonunda aktyorun xəsarət almasının bəzi təfərrüatları məlum olub.

Axşam.az “Report”a istinadən xəbər verir ki, toyda iştirak edən Mahir Mirişli ilə mərasim zamanı bir neçə şəxs arasında mübahisə yaranıb. Toy sahiblərinin köməyi ilə mübahisə edən şəxslər sakitləşdirilib. Daha sonra mübahisə edən şəxslər M.Mirişlini evindən çağıraraq, ona çənə nahiyəsindən kəsici-deşici alətlə xəsarət yetiriblər. Hazırda M.Mirişlinin vəziyyəti sabitdir.

Faktla bağlı araşdırmalar davam etdirilir. *** Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.
Axşam.az “Report”a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Aşağı Cürəli kəndində qeydə alınıb.

Məlumata görə, həmin kənddə keçirilən toy mərasimində 1975-ci il təvəllüdlü Mahir Mirişli ürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Mahir Mirişli aktyordur, bir sıra kino və teleseriallarda çəkilib. O, Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır və Biləsuvarda qohumlarından birinin toy mərasimində iştirak edirmiş.
Read more
Xalq artisti Məleykə Əsədovanın qızı Gülərin ad günüdür. Axşam.az-ın məlumatına görə, aktrisa ...
Media Removed
Xalq artisti Məleykə Əsədovanın qızı Gülərin ad günüdür. Axşam.az-ın məlumatına görə, aktrisa övladını 13 yaşı tamam olması münasibətilə təbrik edib. Əsədova sosial şəbəkədə qızıyla fotolarını paylaşaraq bunları yazıb: "Dünyama işıq, ruh, sevinc, həyat gözəlliyi qatan, döyünən ... Xalq artisti Məleykə Əsədovanın qızı Gülərin ad günüdür.
Axşam.az-ın məlumatına görə, aktrisa övladını 13 yaşı tamam olması münasibətilə təbrik edib. Əsədova sosial şəbəkədə qızıyla fotolarını paylaşaraq bunları yazıb: "Dünyama işıq, ruh, sevinc, həyat gözəlliyi qatan, döyünən ürəyim, aldığım nəfəsim, 13 yaşın mübarək. "Ana" deyən səsinə, dilinə qurban olum. Mən "ana" olduğum üçün Allaha sonsuz şükürlər edirəm. Mənə ağıllı, sağlam övlad bəxş edib. Nə yaxşı ki, varsan, yaşamaq eşqim. Sən anasız ömrümə gəlməsəydin, mən solmuş, ruhsuz, bir varlıq olardım. Yaşamaq eşqimi gəlişinlə həyatıma qaytardın. Balaca saf dünyamda övladım üçün onu gələcəyə ağıllı, sevgidolu, vətənini sevən, savadlı, pisliklərdən uzaq yetişdirmək arzusu ilə yaşayıram. Allahdan ömür istəyirəm ki, övladımı sağlam, ali təhsilli böyüdüm, xoşbəxt gününü görüm. Sevgim, ürəyim, Gülərim. Allah səni mənə, məni sənə çox görməsin".
Read more
Xəbər verdiyimiz kimi, aktrisalar Ülviyyə Əliyeva və Xuraman Əlizadə birlikdə veriliş aparacaq. ...
Media Removed
Xəbər verdiyimiz kimi, aktrisalar Ülviyyə Əliyeva və Xuraman Əlizadə birlikdə veriliş aparacaq. Axşam.az-ın məlumatına görə, ARB telekanalında efirə gedəcək veriliş "Hüseynova bacıları" adlanacaq. "Soy" prodakşın tərəfindən hazırlanan layihə komediya janrındadır. Ü.Əliyeva ... Xəbər verdiyimiz kimi, aktrisalar Ülviyyə Əliyeva və Xuraman Əlizadə birlikdə veriliş aparacaq.
Axşam.az-ın məlumatına görə, ARB telekanalında efirə gedəcək veriliş "Hüseynova bacıları" adlanacaq. "Soy" prodakşın tərəfindən hazırlanan layihə komediya janrındadır.
Ü.Əliyeva bundan əvvəl bütün layihələrində əməkdar artist Tünzalə Əliyeva ilə görünürdü. Onlar sözügedən prodakşının hazırladığı bütün verilişlərdə və teletamaşalarda birlikdə çıxış ediblər. "Toppuş bacı" və "Keyxanım" ləqəbli aktrisaların son bir ildir heç bir layihədə bir araya gəlməməsi diqqət çəkib.
Qeyd edək ki, Ülviyyə 7 ildir işlədiyi "Space" kanalından ayrılıb və orada yayımlanan "Zəhmətkeş ulduzlar" proqramını bağlayıb.
Read more
İranda yaşayan cənubi azərbaycanlıların rəqs fləşmobuna bu dəfə müğənni Ayan Babakişiyeva qoşulub. Axşam.az-ın məlumatına görə, sənətçi qızı Selena ilə "Səni deyirlər" mahnısının sədaları altında oynayıb. O, həmin an lentə alınan videonu İnstaqramında paylaşıb. Ayan paylaşımına ... İranda yaşayan cənubi azərbaycanlıların rəqs fləşmobuna bu dəfə müğənni Ayan Babakişiyeva qoşulub.
Axşam.az-ın məlumatına görə, sənətçi qızı Selena ilə "Səni deyirlər" mahnısının sədaları altında oynayıb. O, həmin an lentə alınan videonu İnstaqramında paylaşıb.
Ayan paylaşımına "Deyirəm ki..." qısa şərhini yazıb. İfaçının görüntüsü 83 mindən çox izlənilib.
Read more
ATV-nin aparıcısı Afaq Gəncəlinin ad günü olub. Axşam.az-ın məlumatına görə, o, özəl gününü ...
Media Removed
ATV-nin aparıcısı Afaq Gəncəlinin ad günü olub. Axşam.az-ın məlumatına görə, o, özəl gününü şəhər restoranlarından birində qeyd edib. Gecəyə şou-biznes nümayəndələri də qatılıblar. Afaqın ad günü məclisindən görüntüləri qonaqlar sosial şəbəkədə paylaşıblar. ATV-nin aparıcısı Afaq Gəncəlinin ad günü olub.
Axşam.az-ın məlumatına görə, o, özəl gününü şəhər restoranlarından birində qeyd edib. Gecəyə şou-biznes nümayəndələri də qatılıblar.
Afaqın ad günü məclisindən görüntüləri qonaqlar sosial şəbəkədə paylaşıblar.
“Səni deyirlər” mahnısının sədaları altında ilk dəfə başıaçıq rəqs edən Zəhra adlı qız İranda ...
Media Removed
“Səni deyirlər” mahnısının sədaları altında ilk dəfə başıaçıq rəqs edən Zəhra adlı qız İranda həbs olunub. Axşam.az-ın ölkə.az-a istinadla verdiyi xəbərə görə, bu barədə Həsən Firat adlı sosial şəbəkə istifadəçisi məlumat yayıb. Qeyd edək ki, sözügedən mədəni aksiya Urmiya gölünün ... “Səni deyirlər” mahnısının sədaları altında ilk dəfə başıaçıq rəqs edən Zəhra adlı qız İranda həbs olunub.

Axşam.az-ın ölkə.az-a istinadla verdiyi xəbərə görə, bu barədə Həsən Firat adlı sosial şəbəkə istifadəçisi məlumat yayıb.

Qeyd edək ki, sözügedən mədəni aksiya Urmiya gölünün qurudulmasına etiraz xarakteri daşıyır.
Read more
Müğənni Səidə Sultan son günlər görünüşündə etdiyi dəyişikliklərlə gündəmə gəlir. Axşam.az-ın ...
Media Removed
Müğənni Səidə Sultan son günlər görünüşündə etdiyi dəyişikliklərlə gündəmə gəlir. Axşam.az-ın məlumatına görə, ifaçı budəfə də saçlarına fərqli düzüm etdirib. Səidə onları qısa kare kəsdirib. Sənətçi yeni görünüşdə şəkillərini sosial şəbəkədə paylaşıb. İzləyiciləri ifaçının ... Müğənni Səidə Sultan son günlər görünüşündə etdiyi dəyişikliklərlə gündəmə gəlir.
Axşam.az-ın məlumatına görə, ifaçı budəfə də saçlarına fərqli düzüm etdirib. Səidə onları qısa kare kəsdirib.
Sənətçi yeni görünüşdə şəkillərini sosial şəbəkədə paylaşıb. İzləyiciləri ifaçının bu saçını çox bəyəndiklərini yazıblar.
Read more
Aktyor Elçin Məmmədov üçüncü dəfə evlənib. Axşam.az-ın məlumatına görə, onun toyu Moskvada ...
Media Removed
Aktyor Elçin Məmmədov üçüncü dəfə evlənib. Axşam.az-ın məlumatına görə, onun toyu Moskvada baş tutub. Elçin üçüncü evliliyini hər kəsdən gizli saxlayıb. Qeyd edək ki, aktyor bundan əvvəl aparıcı Könül Muxtarova ilə ailəli olub. Onların İnci adlı qız övladı var. Aparıcı xəyanətə ... Aktyor Elçin Məmmədov üçüncü dəfə evlənib.

Axşam.az-ın məlumatına görə, onun toyu Moskvada baş tutub. Elçin üçüncü evliliyini hər kəsdən gizli saxlayıb.

Qeyd edək ki, aktyor bundan əvvəl aparıcı Könül Muxtarova ilə ailəli olub. Onların İnci adlı qız övladı var. Aparıcı xəyanətə görə həyat yoldaşından ayrılmışdı.
Read more
Bakının mərkəzində maraqlı görüntülər lentə alınıb. Axşam.az azxeber.com-a istinadən xəbər verir ki, bulvar yaxınlığında bir qrup Hindistan vətəndaşının iştirakı ilə toy baş tutub. Hindistan adət-ənələrinə uyğun təşkil edilən toy mərasimində gəlin azərbaycanlı olub. Məlumata ... Bakının mərkəzində maraqlı görüntülər lentə alınıb.

Axşam.az azxeber.com-a istinadən xəbər verir ki, bulvar yaxınlığında bir qrup Hindistan vətəndaşının iştirakı ilə toy baş tutub. Hindistan adət-ənələrinə uyğun təşkil edilən toy mərasimində gəlin azərbaycanlı olub. Məlumata görə, bəy Hindistanın tanınmış iş adamlarından biri olub.

Həmin kadrları təqdim edirik:
Read more
İranda yaşayan cənubi azərbaycanlıların rəqs fləşmobuna bizim məşhurlar da qoşulub. Axşam.az-ın məlumatına görə, aparıcı cütlük Zaur və Günay Baxşəliyeva da "Səni deyirlər" mahnısına rəqs edib. Onlar oynayarkən çəkilən videonu sosial şəbəkədə paylaşıblar. Zaur və Günayın "Yazın ... İranda yaşayan cənubi azərbaycanlıların rəqs fləşmobuna bizim məşhurlar da qoşulub.
Axşam.az-ın məlumatına görə, aparıcı cütlük Zaur və Günay Baxşəliyeva da "Səni deyirlər" mahnısına rəqs edib.
Onlar oynayarkən çəkilən videonu sosial şəbəkədə paylaşıblar. Zaur və Günayın "Yazın görək başqa hansı şəhərdə və ölkədə bizi deyirlər?" sözləri ilə yayımladığı video 200 mindən çox izlənilib.
Read more
Türkiyəyə ərə gedən azərbaycanlı aktrisa Nigar Bahadırqızı həyat yoldaşı ilə birlikdə Fox TV-də ...
Media Removed
Türkiyəyə ərə gedən azərbaycanlı aktrisa Nigar Bahadırqızı həyat yoldaşı ilə birlikdə Fox TV-də qonaq olub. Axşam.az-ın məlumatına görə, onlar "Yaparsın aşkım" yarışmasında yer alıblar. Nigar türkiyəli əri Ersel Aktarla maşın üçün yarışıb. O, həyat yoldaşının evlilik təklifindən ... Türkiyəyə ərə gedən azərbaycanlı aktrisa Nigar Bahadırqızı həyat yoldaşı ilə birlikdə Fox TV-də qonaq olub.
Axşam.az-ın məlumatına görə, onlar "Yaparsın aşkım" yarışmasında yer alıblar. Nigar türkiyəli əri Ersel Aktarla maşın üçün yarışıb.
O, həyat yoldaşının evlilik təklifindən söz açıb. Nigar bildirib ki, iş həyatları yaxşı getmir: "Maşın bizim həyatımızı xilas edəcək. Ailə qurandan iş həyatımız yaxşı deyil, imkanımız pisdi. İllərdir Azərbaycana gedə bilmirik. Ora getməyi, anamı görməyi istəyirəm".
Read more
Müğənni Günel Zeynalova əməliyyat etdirib. Axşam.az-ın məlumatına görə, bu barədə ifaçı özü ...
Media Removed
Müğənni Günel Zeynalova əməliyyat etdirib. Axşam.az-ın məlumatına görə, bu barədə ifaçı özü xəbər verib. Günel bildirib ki, gözlərindən əməliyyat olunub: “Çox xoşbəxtəm. Bu gün nəhayət eynəkdən canım qurtaracaq”. Görmə qabiliyyəti zəif olan və eynəkdən istifadə edən Zeynalova ... Müğənni Günel Zeynalova əməliyyat etdirib.

Axşam.az-ın məlumatına görə, bu barədə ifaçı özü xəbər verib. Günel bildirib ki, gözlərindən əməliyyat olunub: “Çox xoşbəxtəm. Bu gün nəhayət eynəkdən canım qurtaracaq”. Görmə qabiliyyəti zəif olan və eynəkdən istifadə edən Zeynalova əməliyyatla problemi aradan qaldırtdırıb.
Read more
Aparıcı Könül Arifqızına İTV-də vəzifə verilib. Axşam.az-ın məlumatına görə, o, "Səhər proqramları" ...
Media Removed
Aparıcı Könül Arifqızına İTV-də vəzifə verilib. Axşam.az-ın məlumatına görə, o, "Səhər proqramları" departamentinin direktoru təyin edilib. Qeyd edək ki, Könül ilk dəfə "Patefon" verlişi ilə efirə çıxıb. Daha sonra isə onun "Bir mahnının tarixçəsi" proqramı gündəmə gəlib. Aparıcı Könül Arifqızına İTV-də vəzifə verilib.

Axşam.az-ın məlumatına görə, o, "Səhər proqramları" departamentinin direktoru təyin edilib.
Qeyd edək ki, Könül ilk dəfə "Patefon" verlişi ilə efirə çıxıb. Daha sonra isə onun "Bir mahnının tarixçəsi" proqramı gündəmə gəlib.
Müğənni Zamiq Hüseynov yeni klipini təqdim edib. Axşam.az xəbər verir ki, sənətçi sözləri Seymur Talıbov, musiqisi Hakan Erola məxsus “Bu gün bizim günümüz” adlı mahnısını ekranlaşdırmaq qərarına gəlib. O, bunun üçün klipmeyker Fərhad Əliyə müraciət edib. Layihə üçün Ukraynadan ... Müğənni Zamiq Hüseynov yeni klipini təqdim edib.
Axşam.az xəbər verir ki, sənətçi sözləri Seymur Talıbov, musiqisi Hakan Erola məxsus “Bu gün bizim günümüz” adlı mahnısını ekranlaşdırmaq qərarına gəlib.
O, bunun üçün klipmeyker Fərhad Əliyə müraciət edib. Layihə üçün Ukraynadan model-aktrisa Tamilla Pliskaçeva dəvət olunub.
Onun tərəf müqabili isə aktyor Nicat Pirəliyev olub. Bakıda lentə alınan klip Zamiqin rəsmi “Youtube” səhifəsində yerləşdirilib.
Bu məqamda bildirək ki, layihənin prodüseri Samirə Xasməmmədovadır.
Read more
Əməkdar artist Röya Ayxan yeni fotosessiya etdirib. Axşam.az-ın məlumatına görə, müğənni ...
Media Removed
Əməkdar artist Röya Ayxan yeni fotosessiya etdirib. Axşam.az-ın məlumatına görə, müğənni qırmızı məxmər paltarda fotokamera qarşısına keçib. Röyanın yeni şəklini Hüseyn Bağırov lentə alıb. Sənətçinin sinə dekolteli və uzun yarıqlı qırmızı paltarı Alexandre Vauthier brendinindir. ... Əməkdar artist Röya Ayxan yeni fotosessiya etdirib.

Axşam.az-ın məlumatına görə, müğənni qırmızı məxmər paltarda fotokamera qarşısına keçib. Röyanın yeni şəklini Hüseyn Bağırov lentə alıb.

Sənətçinin sinə dekolteli və uzun yarıqlı qırmızı paltarı Alexandre Vauthier brendinindir. Libasın qiyməti 1294 funt sterlinq, yəni 2840 manatdır.
Röyanın saç və makiyajı üzərində stilist Anar Ağakişiyev çalışıb. Müğənni sözügedən libasdan məşhur bloqqerlər Kamila Koelhonun və Nataşa Davydovanın da geyindiyini bildirib.
Read more
Yaş artdıqca alın nahiyənizdə qırışlar əmələ gəlir. Bunu bir prosedurla yox etmək heç də mümkünsüz ...
Media Removed
Yaş artdıqca alın nahiyənizdə qırışlar əmələ gəlir. Bunu bir prosedurla yox etmək heç də mümkünsüz deyil. Bunun üçün peşəkar həkim-kosmetoloq Xariqə Quliyevaya müraciət etməyiniz kifayətdir... @kosmetoloq_xariqa Yaş artdıqca alın nahiyənizdə qırışlar əmələ gəlir. Bunu bir prosedurla yox etmək heç də mümkünsüz deyil. Bunun üçün peşəkar həkim-kosmetoloq Xariqə Quliyevaya müraciət etməyiniz kifayətdir... @kosmetoloq_xariqa
Müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə paylaşdığı fotosu ilə tənqid edilib. Axşam.az-ın ...
Media Removed
Müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə paylaşdığı fotosu ilə tənqid edilib. Axşam.az-ın məlumatına görə, 6 aylıq hamilə olan sənətçi qısa şortiklə obyektiv qarşısına keçib. Rəqsanənin ünvanına tənqidlər yazılıb, ona bu geyimin yaraşmadığı yazılıb. Müğənni tənqidlərin ... Müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə paylaşdığı fotosu ilə tənqid edilib.
Axşam.az-ın məlumatına görə, 6 aylıq hamilə olan sənətçi qısa şortiklə obyektiv qarşısına keçib. Rəqsanənin ünvanına tənqidlər yazılıb, ona bu geyimin yaraşmadığı yazılıb.
Müğənni tənqidlərin qarşısını almaq üçün şəkli silib və ayaqlarını kəsərək, yenidən paylaşıb.
Qeyd edək ki, İsmayılova dekabrda ana olacağını bildirib. Onun övladları əkizdir. Rəqsanə bir müddət əvvəl açıqlama vermişdi ki, artıq Bakıya gəlməyəcək, Moskvada qalacaq. O, həkimlər ona təyyarəyə minməyə qadağa qoyduğunu söyləmişdi.
Read more
"Ağzına gələni mənə dedi, eybi yox. Onu oğluna bağışladım. Heç kimi məhkəməyə verməyəcəm. Bu adamı ...
Media Removed
"Ağzına gələni mənə dedi, eybi yox. Onu oğluna bağışladım. Heç kimi məhkəməyə verməyəcəm. Bu adamı təzədən dilə-dişə salmaqdır. Ürəyim gəlməz Röyanı dilə-dişə salmağa. Adekvat adamam, mənə kim necə münasibət göstərir, onu da qaytarıram". Bu sözləri Axşam.az-a açıqlamasında xalq ... "Ağzına gələni mənə dedi, eybi yox. Onu oğluna bağışladım. Heç kimi məhkəməyə verməyəcəm. Bu adamı təzədən dilə-dişə salmaqdır. Ürəyim gəlməz Röyanı dilə-dişə salmağa. Adekvat adamam, mənə kim necə münasibət göstərir, onu da qaytarıram". Bu sözləri Axşam.az-a açıqlamasında xalq artisti Flora Kərimova deyib. Bir müddət əvvəl sosial şəbəkədə əməkdar artist Röya Ayxanı məhkəməyə verməsi ilə bağlı paylaşıma münasibət bildirən Kərimova fikrindən daşındığını söyləyib. Müğənni bildirib ki, Röyanın onun qızının adını çəkməsinə əsəbiləşib: "Əgər o, mənim qızımın üstünə getməsəydi, bu sözləri deməzdim, söhbətə qayıtmazdım. Onu ayrı xanım kimi görmək istəyirəm. Düşünürəm ki, nə vaxtsa, ayrı xanım olacaq. Bu yaxınlarda demişdi ki, heç kimlə ədavət etməyəcəm, oğlum böyüyür. Çox sevindim, dedim etməz. Bir də gördüm qızıma söz deyir.
Mənim övladıma söz demək olmaz. Onun həyatı başqa cürdür. Üç şeyə dözə bilmərəm: övladıma, millətimə, bayrağım və himnimə sataşanlara. Ölümə gedərəm... Vətəninə vurğun insanam. Kiminsə ürəyinə dəymirəm, nəsə edəndə ürəyim ağrıyır. İnsanın arxasında ailəsi var axı. Röya bunu düşünmür.
Mənə sataşana cavabım var. Allahdan aşağı kim mənə sataşsa, ona deməyə cavabım var. Alnıaçıq yaşamışam. Övladlarım da belə yaşayır. Evimdəki qızlarıma, Yaqutuma (köməkçisi - red.) belə, bir adam söz deyə bilməz. Məni İnstaqramda müdafiə edənlərin də mənə görə alnı açıqdır". Qeyd edək ki, F.Kərimova ilə Röya arasında uzun müddətdir qalmaqal gedir. Kərimova müğənni ilə bağlı köşə yazısı yazmışdı. Qarşı tərəf də ona sərt sözlərlə cavab verib. Sonuncu dəfə isə Röya Kərimovanın qızına müraciət edərək “Zümrüd, xahiş edirəm bu sənətkara diqqət ayırın. Ayıbdır artıq. Hüseynə de ki, sağım-solum bəlli deyil. Səbrimi doldurdu” sözlərini deyib.
Read more
Xalq artisti Könül Xasıyeva yenidən xəstəxanaya yerləşdiriləcək. Bu haqda Axşam.az-a açıqlamasında ...
Media Removed
Xalq artisti Könül Xasıyeva yenidən xəstəxanaya yerləşdiriləcək. Bu haqda Axşam.az-a açıqlamasında xanəndə özü xəbər verib. O bildirib ki, müalicələri davam edir: “İndi daha yaxşıyam. Həkim deyir ki, hər şey yaxşılığa doğru gedir. Bu ayın ortalarında yenidən xəstəxanaya yerləşdiriləcəm. ... Xalq artisti Könül Xasıyeva yenidən xəstəxanaya yerləşdiriləcək.

Bu haqda Axşam.az-a açıqlamasında xanəndə özü xəbər verib. O bildirib ki, müalicələri davam edir: “İndi daha yaxşıyam. Həkim deyir ki, hər şey yaxşılığa doğru gedir. Bu ayın ortalarında yenidən xəstəxanaya yerləşdiriləcəm. Müalicə olunmalıyam. Get-gedə sağalıram”. Qeyd edək ki, K.Xasıyeva onurğa iflicindən əziyyət çəkir. Xanəndə bir neçə ildir ki, müalicə alır. O, martda verdiyi solo konsertdən sonra böyük səhnə ilə vidalaşdığını bildirib.
Read more
"Onlar bizi incitmirlər. Sadəcə olaraq hürürlər, amma dişləyə bilmirlər". Axşam.az-ın məlumatına ...
Media Removed
"Onlar bizi incitmirlər. Sadəcə olaraq hürürlər, amma dişləyə bilmirlər". Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə izləyicilərinin ünvanına işlədib. Sənətçi onu sosial şəbəkədə təhqir edənlərə "5/5" verilişində sərt cavab verib: "Nə edək ki, Allah bizi ... "Onlar bizi incitmirlər. Sadəcə olaraq hürürlər, amma dişləyə bilmirlər". Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə izləyicilərinin ünvanına işlədib. Sənətçi onu sosial şəbəkədə təhqir edənlərə "5/5" verilişində sərt cavab verib: "Nə edək ki, Allah bizi seçib. Əgər sən uğursuzsansa, bu sənin öz günahındır. Çalış xoş söz de ki, Allah da sənə xoş gün göstərsin. Nə qədər söyüş söysən, Allah da sənə qara gün göstərəcək. Çünki tanrı pis sözləri sevmir. Heç olmasa, 10 mübarək söz de ki, Allah ondan birini eşitsin və sənə uğur nəsib etsin".
Read more
Rejissor Kənan M.M. Türkiyənin "Savaşçı" serialında rol alacaq. Axşam.az-ın məlumatına görə, ...
Media Removed
Rejissor Kənan M.M. Türkiyənin "Savaşçı" serialında rol alacaq. Axşam.az-ın məlumatına görə, o, bu haqda özü xəbər verib. Kənan bildirib ki, çəkilişlərə artıq başlayıb: "Bu gün "Savaşçı" serialında ilk çəkiliş günümdür. Sol qolumda şanlı üçrəngli bayrağımız var və Azərbaycan zabitini ... Rejissor Kənan M.M. Türkiyənin "Savaşçı" serialında rol alacaq.
Axşam.az-ın məlumatına görə, o, bu haqda özü xəbər verib. Kənan bildirib ki, çəkilişlərə artıq başlayıb: "Bu gün "Savaşçı" serialında ilk çəkiliş günümdür. Sol qolumda şanlı üçrəngli bayrağımız var və Azərbaycan zabitini canlandıracam. Dualarınıza ehtiyacım var. Burada neçə gün, neçə ay qalacağım bəlli deyil. Amma bir şey bəllidir ki, sizi və Vətənimizi təmsil edirəm. Burada olduğum vaxt ərzində Vətənim üçün, siz və ailəm üçün çox darıxacam.
Amma sevinirəm ki, bir-birinin qanını içən tanınmışların, mavilərin parlaq həyatını, biabırçı xəbərlərini görməyəcəm". Kənan ekran işində yüzbaşı Bəxtiyar obrazını oynayacağını deyib. Serial Fox TV-də efirə gedir.
Qeyd edək ki, ekran işinin bu günə kimi 48 bölümü yayımlanıb. Ekran işində Bərk Oqtay, Sarp Leventoğlu, Yıldız Çağrı Atıksoy kimi aktyorlar rol alır.
Read more
Aparıcı Səbuhi Yusibliyə “Xəzər” telekanalında vəzifə verilib. Axşam.az-ın məlumatına görə, ...
Media Removed
Aparıcı Səbuhi Yusibliyə “Xəzər” telekanalında vəzifə verilib. Axşam.az-ın məlumatına görə, o, sözügedən telekanalda proqramlar departamentinin rəhbəri vəzifəsinə təyin edilib. S.Yusibli sözügedən kanalda yayımlanan “Səyyah” verilişi ilə tamaşaçılara tanışdır. Qeyd ... Aparıcı Səbuhi Yusibliyə “Xəzər” telekanalında vəzifə verilib.

Axşam.az-ın məlumatına görə, o, sözügedən telekanalda proqramlar departamentinin rəhbəri vəzifəsinə təyin edilib.
S.Yusibli sözügedən kanalda yayımlanan “Səyyah” verilişi ilə tamaşaçılara tanışdır.
Qeyd edək ki, bu vəzifəni bundan əvvəl Kənan Bayramov icra edirdi. İyulda o işindən uzaqlaşıb.
Read more
Türkiyəli məşhur müğənni Ebru Gündeş Bakıya gəlir. Axşam.az-ın məlumatına görə, sənətçinin ...
Media Removed
Türkiyəli məşhur müğənni Ebru Gündeş Bakıya gəlir. Axşam.az-ın məlumatına görə, sənətçinin səfərinin məqsədi solo konsertdir. Tədbir 3 noyabr tarixində Heydər Əliyev Sarayında baş tutacaq. Qeyd edək ki, Gündeş sonuncu dəfə paytaxtımıza ötən ilin sentyabrında gəlmişdi. O, ... Türkiyəli məşhur müğənni Ebru Gündeş Bakıya gəlir.
Axşam.az-ın məlumatına görə, sənətçinin səfərinin məqsədi solo konsertdir.

Tədbir 3 noyabr tarixində Heydər Əliyev Sarayında baş tutacaq.
Qeyd edək ki, Gündeş sonuncu dəfə paytaxtımıza ötən ilin sentyabrında gəlmişdi. O, burada keçirilən toy məclisinə qatılmışdı.
Read more
Aktrisa Pərvin Abıyevanın uşaqlıq fotosu yayılıb. Axşam.az xəbər verir ki, şəkli görənlər ...
Media Removed
Aktrisa Pərvin Abıyevanın uşaqlıq fotosu yayılıb. Axşam.az xəbər verir ki, şəkli görənlər onu tanımayıblar. Sosial şəbəkə istifadəçiləri Pərvinin uşaqlıqda oğlana oxşadığını qeyd ediblər. Aktrisa Pərvin Abıyevanın uşaqlıq fotosu yayılıb.

Axşam.az xəbər verir ki, şəkli görənlər onu tanımayıblar.
Sosial şəbəkə istifadəçiləri Pərvinin uşaqlıqda oğlana oxşadığını qeyd ediblər.
Əməkdar artist Könül Kərimova yeni işlərindən danışıb. Axşam.az Milli.Az-a istinadən xəbər ...
Media Removed
Əməkdar artist Könül Kərimova yeni işlərindən danışıb. Axşam.az Milli.Az-a istinadən xəbər verir ki, müğənni bu haqda belə deyib: "Ailəmdə ard-arda baş verən xoş hadisələr məni sözün həqiqi mənasında çox yordu. Sözün düzü, bir az da tənbəlləşdim. Buna görə də uzun müddət nə yeni mahnı ... Əməkdar artist Könül Kərimova yeni işlərindən danışıb.

Axşam.az Milli.Az-a istinadən xəbər verir ki, müğənni bu haqda belə deyib: "Ailəmdə ard-arda baş verən xoş hadisələr məni sözün həqiqi mənasında çox yordu. Sözün düzü, bir az da tənbəlləşdim. Buna görə də uzun müddət nə yeni mahnı yazdırdım, nə də ki, klip çəkdirdim. Artıq qərar vermişəm, tənbəlliyimə son qoyuram. Böyük sənət partlayışları edəcəyəm. Bir-birinin ardınca yeni mahnılar, kliplər, duetlər edəcəyəm. Sevənlərim məndən böyük solo konsert də gözləsin".
Read more
Müğənni Sevda Yahyayeva obyektiv qarşısına keçərək, yeni şəkillər çəkdirib. Axşam.az-ın məlumatına ...
Media Removed
Müğənni Sevda Yahyayeva obyektiv qarşısına keçərək, yeni şəkillər çəkdirib. Axşam.az-ın məlumatına görə, ifaçı bu dəfə gəlin obrazı yaradıb. Sevdanın imici üzərində stilist Səbinə İmanova işləyib. Stilist bildirib ki, fotoları çoxdan çəksə də, onları yeni paylaşır. Müğənni Sevda Yahyayeva obyektiv qarşısına keçərək, yeni şəkillər çəkdirib.
Axşam.az-ın məlumatına görə, ifaçı bu dəfə gəlin obrazı yaradıb. Sevdanın imici üzərində stilist Səbinə İmanova işləyib.

Stilist bildirib ki, fotoları çoxdan çəksə də, onları yeni paylaşır.
Əməkdar artist Tünzalə Əliyeva rəqs edərkən lentə alınan videosunu sosial şəbəkədə paylaşıb. Axşam.az-ın məlumatına görə, müğənni əməkdar artist Rəşad Haşımovla “Ləzginka” oynayıb. Tünzalə və Rəşadın bu görüntüsü 49 mindən çox izlənilib. Onlar bəstəkar Ülviyyə Könülün qızının ... Əməkdar artist Tünzalə Əliyeva rəqs edərkən lentə alınan videosunu sosial şəbəkədə paylaşıb.

Axşam.az-ın məlumatına görə, müğənni əməkdar artist Rəşad Haşımovla “Ləzginka” oynayıb.

Tünzalə və Rəşadın bu görüntüsü 49 mindən çox izlənilib. Onlar bəstəkar Ülviyyə Könülün qızının toy məclisində olduqlarını bildirblər.
Read more
Şou-biznes nümayəndələrinin əksəriyyəti tez-tez geyindikləri libaslarla bir-birini təkrarlayırlar. ...
Media Removed
Şou-biznes nümayəndələrinin əksəriyyəti tez-tez geyindikləri libaslarla bir-birini təkrarlayırlar. Hər geyimdə şəkil paylaşmaq isə onların bu sirrini ortaya çıxarır. Eyni paltarı bir neçə tanınmışın əynində görməyimizə səbəb isə onların mağazaları reklam edib, bunun qarşılığında ... Şou-biznes nümayəndələrinin əksəriyyəti tez-tez geyindikləri libaslarla bir-birini təkrarlayırlar. Hər geyimdə şəkil paylaşmaq isə onların bu sirrini ortaya çıxarır. Eyni paltarı bir neçə tanınmışın əynində görməyimizə səbəb isə onların mağazaları reklam edib, bunun qarşılığında paltarlarından bir dəfə istifadə etməsidir.
Axşam.az eyni libası geyinən tanınmışları təqdim edir:

Xatirə İslamın ötən ay verilişlərin birində qonaq olarkən geyindi paltarı bu günlərdə Aygün Mahmudovanın da əynində gördük.

Sevil və Sevinc Səfərova bacılarının bir neçə ay əvvəl geyindiyi ağ qara kəpənəkli paltarı bu yaxınlarda Sevda Sanəliyeva da istifadə edib. Şəhərin bir çox mağazasında satılan bu libasın qiyməti əvvəl 49, sonra isə endirimlə 25 manata olub.

Sevil və Sevincin geyindiyi digər rəngli libasdan isə Aytəkin Mərdanova da şəkil paylaşıb.
Əkiz bacıların verilişlərin birində istifadə etdiyi ağ sadə yay sarafanından isə Afaq Gəncəli və Nərgiz Məmmədova geyinib.
Aytəkinin geyindiyi uzun qara və çəhrayılı paltarın qısa formasını Firuzə Cəlilova verilişində geyinib. Onların hər ikisi eyni mağazanı işarələyib.
Aygün Mahmudovanın uzun göy və pələng işarəli atlas paltarından isə həm Aytəkin, həm də Səidə Dadaşova geyinib.
Read more
Xalq artisti Rasim Balayevin səhhətində yenidən problemlər yaranıb, aktyor xəstəxanaya düşüb. Axşam.az-ın ...
Media Removed
Xalq artisti Rasim Balayevin səhhətində yenidən problemlər yaranıb, aktyor xəstəxanaya düşüb. Axşam.az-ın yenicag.az-a istinadən məlumatına görə, açıqlama verən tanınmış aktyor ayağında problem yarandığını deyib: “Doğum günümdən iki gün əvvəl, avqustun 6-da qəfildən yıxıldım. ... Xalq artisti Rasim Balayevin səhhətində yenidən problemlər yaranıb, aktyor xəstəxanaya düşüb.

Axşam.az-ın yenicag.az-a istinadən məlumatına görə, açıqlama verən tanınmış aktyor ayağında problem yarandığını deyib: “Doğum günümdən iki gün əvvəl, avqustun 6-da qəfildən yıxıldım. Elə bildim, ayağım ilişib, yıxılmışam, amma sən demə, bu hadisə xəstəlik nəticəsində baş verib. Xəstəxanaya getdim, müayinə olundum. Həkimlər deyir ki, sinirlə bağlıdır, bel yırtığı xəstəliyinin ağır fəsadıdır. Əməliyyat olunmaq istəmirəm, çünki bilirəm, xeyri olmayacaq. Yeriməyimdə problemlər yaranıb. Maşın da sürə bilmirəm. Hər gün oğlum məni Şüvəlandan Bakıya həkimə aparıb-gətirir. Ayağıma “tok” verilir”.
Read more
Əməkdar artist Mələk Abbaszadə yay tətilini keçirtmək üçün ekzotik adalardan birinə yollanıb. ...
Media Removed
Əməkdar artist Mələk Abbaszadə yay tətilini keçirtmək üçün ekzotik adalardan birinə yollanıb. Axşam.az-ın məlumatına görə, aktrisa hansı adaya getdiyini gizli saxlayıb. Mələk istirahətdən şəklini sosial şəbəkədə paylaşıb. 49 yaşlı aktrisa çimərlik geyimində fotosu ilə ideal ... Əməkdar artist Mələk Abbaszadə yay tətilini keçirtmək üçün ekzotik adalardan birinə yollanıb.
Axşam.az-ın məlumatına görə, aktrisa hansı adaya getdiyini gizli saxlayıb. Mələk istirahətdən şəklini sosial şəbəkədə paylaşıb.
49 yaşlı aktrisa çimərlik geyimində fotosu ilə ideal bədən quruluşunu nümayiş etdirməkdən də çəkinməyib.
Read more
Xalq artisti Aygün Kazımova... Xalq artisti Aygün Kazımova...
Jurnalist Nigar İsmayılqızıda Leykoz (qan xərçəngi) xəstəliyinin ağır forması aşkarlanıb. ...
Media Removed
Jurnalist Nigar İsmayılqızıda Leykoz (qan xərçəngi) xəstəliyinin ağır forması aşkarlanıb. Axşam.az xəbər verir ki, bununla bağlı azxeber.com-a danışan Nigarın bacısı Aytən İsmayılova bildirib ki, hər şey anidən olub: "Bir müddət idi ki, Nigarda halsızlıq müşahidə olunurdu. ... Jurnalist Nigar İsmayılqızıda Leykoz (qan xərçəngi) xəstəliyinin ağır forması aşkarlanıb.
Axşam.az xəbər verir ki, bununla bağlı azxeber.com-a danışan Nigarın bacısı Aytən İsmayılova bildirib ki, hər şey anidən olub:
"Bir müddət idi ki, Nigarda halsızlıq müşahidə olunurdu. Hər gün bu halsızlıq artırdı və biz onu müayinə etdirdik. Müayinə zamanı məlum oldu ki, Nigarda leykositlər inanılmaz dərəcədə çoxalıb. Yəni normal insanda olandan təxminən 100 dəfə çox. Bundan sonra ona təcili qan köçürməyə başladıq. Baxmayaraq ki, qan köçürürük, Nigarın vəziyyəti günü-gündən pisləşir". Bu gün Nigarı Türkiyəyə gətirdiklərini deyən bacısı hazırda onu "Hacettepe" xəstəxanasına yerləşdiklərini deyib: "Bütün ailə, qohumları, dostları yığışıb 30 min AZN düzəltmişik. Amma bizə dedilər ki, bu məbləğlə Nigarı xilas etmək mümkün olmayacaq. Ona, yəqin ki, ilik nəql olunacaq. Bu isə yalnız Avropa dövlətlərində mümkündür. Nə bizim, nə qohum və dostlarımızın bu məbləği düzəltməsi mümkündür". Xatırladaq ki, Nigar İsmayılqızının 33 yaşı var. Uzun müddətdir mətbuatdadır. "Space" və AZTV-nin Xəbərlər Departamentində çalışıb. ATV-nin Xəbərlər Departamentində redaktor olub. Türkiyənin "GEM.AZ1" Televiziyasında iqtisadiyyat xəbəri aparıcısı kimi çalışıb.
Read more
Müğənni Xatirə İslam da hər zaman geyimləri ilə gündəmə gələn məşhurlar sırasındadır. Axşam.az-ın ...
Media Removed
Müğənni Xatirə İslam da hər zaman geyimləri ilə gündəmə gələn məşhurlar sırasındadır. Axşam.az-ın məlumatına görə, sənətçinin paltarlarının isə əksəriyyəti qırmızı rəngdə olur. X.İslam demək olar ki, qırmızının hər çalarında libas geyinib. Hətta Xatirə başqa rəng paltar seçsə ... Müğənni Xatirə İslam da hər zaman geyimləri ilə gündəmə gələn məşhurlar sırasındadır.

Axşam.az-ın məlumatına görə, sənətçinin paltarlarının isə əksəriyyəti qırmızı rəngdə olur. X.İslam demək olar ki, qırmızının hər çalarında libas geyinib.
Hətta Xatirə başqa rəng paltar seçsə də, ya üstündə qırmızı bəzək olur, ya da ayaqqabı və çantasında bu rəngə üstünlük verir.
Read more
AzTV-nin aparıcısı Tural Orucov evlənib. Axşam.az-ın məlumatına görə, məclis ötən gün şəhər ...
Media Removed
AzTV-nin aparıcısı Tural Orucov evlənib. Axşam.az-ın məlumatına görə, məclis ötən gün şəhər restoranlarından birində baş tutub. Subaylığın daşını atan Tural Gülgün adlı xanımla nikah masasına oturub. Cütlüyün toyuna müğənnilər, aparıcılar və sənət adamları qatılıblar. AzTV-nin aparıcısı Tural Orucov evlənib.
Axşam.az-ın məlumatına görə, məclis ötən gün şəhər restoranlarından birində baş tutub. Subaylığın daşını atan Tural Gülgün adlı xanımla nikah masasına oturub.
Cütlüyün toyuna müğənnilər, aparıcılar və sənət adamları qatılıblar.
Xalq artisti Aygün Kazımova yenə də geyindiyi paltarla gündəmə gəlib. Axşam.az-ın məlumatına ...
Media Removed
Xalq artisti Aygün Kazımova yenə də geyindiyi paltarla gündəmə gəlib. Axşam.az-ın məlumatına görə, müğənni qatıldığı konsertlərdən birində yenə də cəsarətli libas seçib. Kazımovanın qara uzun paltarı dərin sinə dekoltesi və uzun yarığı ilə diqqət çəkib. Müğənninin şəhərin məşhur ... Xalq artisti Aygün Kazımova yenə də geyindiyi paltarla gündəmə gəlib.
Axşam.az-ın məlumatına görə, müğənni qatıldığı konsertlərdən birində yenə də cəsarətli libas seçib. Kazımovanın qara uzun paltarı dərin sinə dekoltesi və uzun yarığı ilə diqqət çəkib.
Müğənninin şəhərin məşhur butiklərindən birindən aldığı paltarın qiyməti 3500 manatdır. İfaçı geyimini qara hündürdaban yay ayaqqabısı ilə tamamlayıb.
Aygün eyni zamanda son günlər xeyli arıqlaması ilə də gündəmdən düşmür.
Read more
“Mənim üçün ən uğurlu və gözəl yay oldu. Oğlum Səid dünyaya gəldi. Ən gözəl istirahət də elə budur”. ...
Media Removed
“Mənim üçün ən uğurlu və gözəl yay oldu. Oğlum Səid dünyaya gəldi. Ən gözəl istirahət də elə budur”. Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Elvin Abdullayev deyib. Sənətçi yay boyunca gördüyü işlərdən danışıb: “Yayda harasa istirahətə gedə bilmədim. Amma buna görə pis olmuram. ... “Mənim üçün ən uğurlu və gözəl yay oldu. Oğlum Səid dünyaya gəldi. Ən gözəl istirahət də elə budur”. Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Elvin Abdullayev deyib. Sənətçi yay boyunca gördüyü işlərdən danışıb: “Yayda harasa istirahətə gedə bilmədim. Amma buna görə pis olmuram. Çünki oğlumun doğulması dünyanın ən gözəl istirahət mərkəzinə getməyə bərabər bir hədiyyədir. Həm də bütün yayı işlədim. Hətta bir gün dənizə getməyə belə vaxt ayıra bilmədim.
Toylar, tədbirlər və sənətlə bağlı digər işlər başımı qatdı. İndi Məhərrəmlik ayını gözləyirəm. Qismət olsa, harasa istirahətə gedəcəm.
Yay istirahəti bütün çalışan adama vacibdir. Beyin dincəlir. Bütün qışı işləyirik, beyin çalışır, vacibdir bir müddətlik uzaqlaşmaq”. Qeyd edək ki, Afət adlı xanımla ailəli olan Elvinin Tuncay adlı bir oğul övladı da var.
Read more
Küsülü olan əməkdar artistlər Mətanət İsgəndərli və Elza Seyidcahan barışıb. Axşam.az-ın ...
Media Removed
Küsülü olan əməkdar artistlər Mətanət İsgəndərli və Elza Seyidcahan barışıb. Axşam.az-ın məlumatına görə, müğənnilər keçmiş millət vəkili Gülər Əhmədovanın oğlunun toy məclisində bir araya gəliblər. M.İsgəndərli mahnı oxuyarkən Seyidcahanan oynayıb. Həmin an müğənni Elzanın ... Küsülü olan əməkdar artistlər Mətanət İsgəndərli və Elza Seyidcahan barışıb.

Axşam.az-ın məlumatına görə, müğənnilər keçmiş millət vəkili Gülər Əhmədovanın oğlunun toy məclisində bir araya gəliblər. M.İsgəndərli mahnı oxuyarkən Seyidcahanan oynayıb. Həmin an müğənni Elzanın yanına gələrək onunla qucaqlaşıb, görüşüb. Seyidcahan da həmkarının barışıq addımına müsbət cavab verib.

Elza əməkdaşımızla söhbətində M.İsgəndərli ilə bağlı bunlarıdeyib: “Ona qarşı incikliyim düz olmuşdu. Ancaq bacılar arasında da söz-söhbət olur. Mətanət həmişə mənə sevgisini, hörmətini dilə gətirib, göstərib. Bu dəfə də göstərdi. Amma qızının toyunda mənə anlaşılmazlıq etmişdi. Söhbət heç də oxumaqdan getmir. Ülkər qızımızın xoşbəxtliyini görmək mənə bəs edərdi. Sadəcə, Mətanət xanım səhnə, mikrofon görəndə "cəzm" olur. Özü də mənim açıqlamamı bəyənib. Deyir, oxuyanda o qədər güldüm ki...”. Qeyd edək ki, Seyidcahan açıqlamasında İsgəndərlini biabır etmişdi. İfaçıların küsülülüyünə səbəb Mətanətin qızı Ülkərin toyunda Elzaya oxumağa imkan verməməsi olmuşdu. O, qarşı tərəfin ünvanına “Qızının toyunda heç kimə oxumağa imkan vermədi. Elə bil solo konsert verirdi. Musiqiçilər belə yorulmuşdu. Gedirdi 5 dəqiqə otururdu, tez qayıdıb musiqiçilərin ifasını yarımçıq kəsib, öz mahnısını deyirdi. Musiqiçilər də axırda dedi ki, bizim repertuar başqadır. toyda gördüyüm hadisənin şokundan ayılmamışam. Onun orada etdikləri bir filmin ssenarisi idi. Qız toyunda ana ağır olar. Hər şey oxudu” sözlərini deyib.
Read more
Aktrisa Ülviyyə Əliyeva bir müddət əvvəl artıq çəki alması ilə gündəmə gəlmişdi. Axşam.az-ın ...
Media Removed
Aktrisa Ülviyyə Əliyeva bir müddət əvvəl artıq çəki alması ilə gündəmə gəlmişdi. Axşam.az-ın məlumatına görə, Ülviyyə indi isə arıqlaması ilə diqqət çəkib. Yeni fotolarını İnstaqram izləyiciləri ilə bölüşən "Keyxanım" ləqəbli aktrisa bildirib ki, 9 kiloqram çəki atıb: "6 həftə ... Aktrisa Ülviyyə Əliyeva bir müddət əvvəl artıq çəki alması ilə gündəmə gəlmişdi.
Axşam.az-ın məlumatına görə, Ülviyyə indi isə arıqlaması ilə diqqət çəkib.
Yeni fotolarını İnstaqram izləyiciləri ilə bölüşən "Keyxanım" ləqəbli aktrisa bildirib ki, 9 kiloqram çəki atıb: "6 həftə içində 9 kiloqram arıqladım. Heç bir əməliyyat etdirmədim, ac qalmadım. Dietoloq məsləhəti ilə arıqladım".
Read more