Azizyaqubzade Instagram Photos and Videos

azizyaqubzade Əziz Yaqubzadə @azizyaqubzade mentions
Followers: 3,658
Following: 23
Total Comments: 0
Total Likes: 0

Lütfən uzatmayın çiyninizi başıma tərəf.. Çünki sizin çiyinləriniz mənə ağır gələr, xanımqız. ...
Media Removed
Lütfən uzatmayın çiyninizi başıma tərəf.. Çünki sizin çiyinləriniz mənə ağır gələr, xanımqız. Çünki mən başımı başqa qadınların çiyinlərinə söykəyəndə siz çiyinlərinizi çarpayınıza təslim edib, ağrılar çəkirdiniz mənə görə. Zilləməyin gözlərinizi baxışlarıma. Mən sizin kirpiyinizdən ... Lütfən uzatmayın çiyninizi başıma tərəf.. Çünki sizin çiyinləriniz mənə ağır gələr, xanımqız. Çünki mən başımı başqa qadınların çiyinlərinə söykəyəndə siz çiyinlərinizi çarpayınıza təslim edib, ağrılar çəkirdiniz mənə görə.
Zilləməyin gözlərinizi baxışlarıma. Mən sizin kirpiyinizdən düşən bir telə belə layiq deyiləm, çünki. Axı bu sizə də sirr deyil ki, mən baxışlarımı başqa qadınlara paylayanda siz yastığınızı qucaqlayıb, hönkür- hönkür göz yaşları tökürdünüz.
Aciz- aciz durduğuma da aldanmayın lütfən. Mən deyildimmi sizin göz yaşlarınızı gülüşlərim ilə dəf edən, mən deyildimmi bir ayrılıq yaşayan kimi yanınıza qaçıb, sizdən mədət uman, sonra da barışan kimi sizi özümdən uzaqlaşdıran?
Amandır, barmaqlarınızı çəkin saçlarımdan. Təmiz barmaqlarınız kirlənsin istəmirəm, çünki sizə uyğun olmayan onlarla qadının çirkli əlləri var saçlarımın hər telində.
İnanmayın mənə. Azı yüz dəfə getmişəm sizdən. İndi daha bir dəfə gedə bilməyəcəmmi sanki? Aldanmayın bir- iki xoş sözümə, nə olar. Ən gözəl bacardığım şey sevirmiş kimi davranmaq deyilmi sanki?
Həyəcanlanmayın qarşımda xahiş edirəm. Heç barmaqlarınız da titrəməsin. Başa düşün artıq. Nə mən o xəyallarını qurduğunuz ağ atlı şahzadəyəm, nə o kitabda gördüyünüz centlmen, yaraşıqlı, sevgisi uğruna ömrünü həba etmiş Raif əfəndiyəm, nə də ki, bütün şeirlərini Leyla Erbilə həsr edən amma yenə də bir şeirində onu heç cürə ifadə edə bilmədiyinə görə özünü qınayan Ahmed Arifəm, xanımqız..
#azizyaqubzade #gecəninyazısı
Read more
Oxuma-yazma kursuna başlayan bir ananın qızına yazdığı ilk məktub.. Çox incə və həssasdır..
Media Removed
Oxuma-yazma kursuna başlayan bir ananın qızına yazdığı ilk məktub.. Çox incə və həssasdır.. Oxuma-yazma kursuna başlayan bir ananın qızına yazdığı ilk məktub.. Çox incə və həssasdır..
Yaxşı ki, varsan.. (Əziz Yaqubzadə) Sən tık- tık xanımtək işvəli- nazlı, Gözəl, xanımxatun ...
Media Removed
Yaxşı ki, varsan.. (Əziz Yaqubzadə) Sən tık- tık xanımtək işvəli- nazlı, Gözəl, xanımxatun bir qəlb oğrusu. Sən məni ömrünə cəza bilirsən, Bu da məni bir az üzür doğrusu. Mən sənə elə hey addım atıram, Sənsə arada pərdə saxlayırsan. Sevilməməyin bütün yollarını Elə bilki üstümdə ... Yaxşı ki, varsan.. (Əziz Yaqubzadə)

Sən tık- tık xanımtək işvəli- nazlı,
Gözəl, xanımxatun bir qəlb oğrusu.
Sən məni ömrünə cəza bilirsən,
Bu da məni bir az üzür doğrusu.

Mən sənə elə hey addım atıram,
Sənsə arada pərdə saxlayırsan.
Sevilməməyin bütün yollarını
Elə bilki üstümdə yoxlayırsan.

Mən yazıq da bir ümidlə gözümü
Gözlərinin düz içinə dikirəm.
Təki bi çıqqa şans verəsən deyə
Səhər- axşam bir quran dil tökürəm.

Dünyanmı dağılar, dönüb bir dəfə
Mənə gülümsəsən, dodaq qaçırsan.
Heç olmasa ömründə bir gün, məni
Göyün yeddinci qatında uçursan.

Amma nə faydası?
Vecinə deyil.
Hər kəsi görürsən, bir mənə korsan.
Sevmirsən?
Cəhənnəm, barı bir kərə
Dilucu söylə ki, "yaxşı ki, varsan"...
#azizyaqubzade #yaxsikivarsan
Read more
Bəzən çox deyil, cəmi bir neçə saatlıq da olsa göy üzü olmaq istəyərsən. Ki, o par- par parıldayan ...
Media Removed
Bəzən çox deyil, cəmi bir neçə saatlıq da olsa göy üzü olmaq istəyərsən. Ki, o par- par parıldayan gözlərini ulduzlarda deyil, sənin gözlərinin içində gizlətsin deyə. Ya da tək qalanda aya zillənən baxışları sənin simana qarışsın deyə.. Bəzən qəribədir amma yolda dayanan bir avtobus ... Bəzən çox deyil, cəmi bir neçə saatlıq da olsa göy üzü olmaq istəyərsən. Ki, o par- par parıldayan gözlərini ulduzlarda deyil, sənin gözlərinin içində gizlətsin deyə. Ya da tək qalanda aya zillənən baxışları sənin simana qarışsın deyə..
Bəzən qəribədir amma yolda dayanan bir avtobus dayanacağı olmaq keçər içindən. Madam onun sənə toxunmaq şansı yoxdur, heç olmasa dayanacaqda gözləyərkən bir neçə dəqiqə səninlə olsun deyə. Bir də yağış ya da qar yağdımı sənə sığınıb, qollarının arasında başqa hər şeyi, hər kəsi unutsun deyə..
Bir az da dəniz olmaq istərsən. Bir dərdi olanda heç kimə gedə bilməyib, mavi dalğalarla paylaşdığını sənin mavi köynəyinin çiyinlərinə töksün deyə..
Ya da nə bilim, evinin bir sütunu, bir dəftər qapağı, kitab rəfi ya da tez- tez qucaqlayıb, saçlarını tökdüyü yastığı olmaq istəyərsən.. Bəlkə o zaman ona müvəqqəti də olsa, qovuşmaq mümkün olar deyə..
#azizyaqubzade #gecəninyazısı
Read more
Bir qadını eşqə, sevdiyinə elə inandırmalısan ki, gözünün içinə baxaraq rahatlıqla “ailəmdən ...
Media Removed
Bir qadını eşqə, sevdiyinə elə inandırmalısan ki, gözünün içinə baxaraq rahatlıqla “ailəmdən sonra ən çox güvəndiyim insan sənsən” deyə bilsin. Bir qadını sürprizlərinlə, sevginlə elə xoşbəxt etməlisən ki, sevincdən gözləri yaşarmalıdır. Gözlərinin yaşarması üçün mütləq evlilik ... Bir qadını eşqə, sevdiyinə elə inandırmalısan ki,
gözünün içinə baxaraq rahatlıqla “ailəmdən sonra ən çox güvəndiyim insan sənsən” deyə bilsin. Bir qadını
sürprizlərinlə, sevginlə elə xoşbəxt etməlisən ki, sevincdən gözləri yaşarmalıdır. Gözlərinin yaşarması üçün mütləq
evlilik təklifi etməyin şərt deyil, onu sevindirəcək hər sürpriz sevinc göz yaşlarına səbəb ola bilər. Bir qadını elə qucaqlamalısan ki, varlığını ona elə hiss etdirməlisən ki, qucaqlayarkən başını çiynindən çəkmək istəməsin. Bir qadının dodaqlarına yapışıb qalmaq vacib deyil, onu saç uclarından, qəmzələrindən, dodaqları ilə yanağının bitişdiyi nöqtədən öpməlisən. Hər qadın xoş sözlər, ünvanına
komplimentlər eşitmək istəyər, amma şablon halını almış, “canım”, “həyatım” kimi sözlər kifayət etməz. Sən öz qadınına elə sözlər tapıb deməlisən ki, bu yalnız ikinizə aid olsun. Tuta bilməyəcəyin sözləri verməməlisən, gerçəkləşəcəyinə əmin olmadığın xəyalları onunla qurmamalısan.
Çünki qadınlar hər xəyal qırıqlığının yükünü daşıya bilməyəcək qədər həssas varlıqlardır. Daha əvvəl acı çəkmiş,
gözyaşları tökmüş bir qadını ürəkdən güldürmək isə elə də
asan iş deyil. Bir qadını xoşbəxt etmək istəyirsənsə, üzündəki təbəssümün memarı olmağı bacarmalısan. O qadın
ən gözəl sənə gülməlidir, ən gözəl təbəssümünü sənə saxlamalıdır və həyatında olduğun üçün ailəsindən sonra ən çox sənə “yaxşı ki, varsan” deməlidir...
(Əziz Yaqubzadə // Ona❤)
#azizyaqubzade
#ona
#onakitab
Read more
<span class="emoji emoji1f499"></span><span class="emoji emoji2764"></span> #azizyaqubzade #birsənqədər
Media Removed
#azizyaqubzade #birsənqədər 💙❤
#azizyaqubzade
#birsənqədər
Gözəl təbəssüm edən, kitablarla nəfəs alan, sıxıntıları ilə ağır başlarını qoymağa hüzurla dolu ...
Media Removed
Gözəl təbəssüm edən, kitablarla nəfəs alan, sıxıntıları ilə ağır başlarını qoymağa hüzurla dolu çiyin axtaran- bütün sevgi ilə dolu insanlar birlikdə olmalıdırlar. Çünki xoşbəxtlik ortaq xüsusiyyətləri birləşdirib, iki nəfərlik nəhəng bir dünya yaratmaqdır. Qalan hər şey isə sadəcə ... Gözəl təbəssüm edən, kitablarla nəfəs alan, sıxıntıları ilə ağır başlarını qoymağa hüzurla dolu çiyin axtaran- bütün sevgi ilə dolu insanlar birlikdə olmalıdırlar. Çünki xoşbəxtlik ortaq xüsusiyyətləri birləşdirib, iki nəfərlik nəhəng bir dünya yaratmaqdır. Qalan hər şey isə sadəcə boş çoxluqdur, sadəcə boş çoxluq..
#azizyaqubzade #gününyazısı
Read more
Layk da dişi kanarya oldu<span class="emoji emoji1f49b"></span><span class="emoji emoji1f499"></span>
Media Removed
Layk da dişi kanarya oldu Layk da dişi kanarya oldu💛💙
Təsəvvür et, bir gün təsadüfən haqqında öyrə- nirsən ki, onun da xəzinəsi kitablardır, o da hər ...
Media Removed
Təsəvvür et, bir gün təsadüfən haqqında öyrə- nirsən ki, onun da xəzinəsi kitablardır, o da hər seriyasında kitablardan, şeirlərdən ən az bir misra səsləndirilən, hər izlədiyində səni kədərləndirən, amma sonra güldürən, düşündürən, bütün duyğuları eyni anda yaşadan Leyla ile ... Təsəvvür et, bir gün təsadüfən haqqında öyrə-
nirsən ki, onun da xəzinəsi kitablardır, o da hər seriyasında kitablardan, şeirlərdən ən az bir misra səsləndirilən, hər izlədiyində səni kədərləndirən,
amma sonra güldürən, düşündürən, bütün duyğuları eyni anda yaşadan Leyla ile Mecnunu, Beş kardeşi, İşler Güçleri, Suskunları xoşlayır, o da çobanyastıqlarına aşiqdir və yenə o da sənin kimi çobanyastıqlarını çox insandan fərqli olaraq, saçına, əlinə bəzək olsun
deyə deyil, qoparanda qoxusu itir deyə qoparılmadan,
baxçada, çöldə digər çobanyastıqları ilə yanaşı təbiətə bəzək verdiyi üçün xoşlayır. O da çayı sevdikləri ilə, qəhvəni kitabları ilə içməyi xoşlayır. O da ən yaxın dostları ilə bölüşə bilmədiklərini gecələr ulduzlara, ulduzlar olmadığı zamanlarda aydın göy üzünə baxaraq danışır. Onun da yalnız qaldığında üz tutduğu ilk yer dənizkənarıdır, ona da buludların səmadakı rəqsi
hüzur verir. O da yağış yağarkən çətirdən istifadə etməyi xoşlamır, islanmağı sevir və islanmağı sevdiyindən, onun da arzusu biri tərəfindən sevgi yağmuruna tutulmaqdır. Gözləri hər gözlərinlə rastlaşanda, sənə sanki ilk dəfə qar damcılarına şahid olan körpə bir uşaq kimi işıldayan, parıltılı nəzərlərlə baxır, barmaqları yeni alınmış bir kitabın səhifələrində gəzmiş kimi
qoxur. Sənin əzbərindən, onun gülüşlərindən şeir axır, ağzından bal yox, şeir damır və ağzından daman hər
şeirin ilk misrası sənin adınla başlayıb, səni sevirəm
cümləsi ilə bitir. Həyat gözlərində ağ-qara, izləməsi
zövq verməyən bir film ikən birdən-birə rəngarəng,
hər saniyəsi yaşanılmağa dəyər bir yerə çevrilir...
(Əziz Yaqubzadə // Bir Sən Qədər📑🌼🎈)
#azizyaqubzade
#birsənqədər
#yenikitap
#yenikitab
Read more
<span class="emoji emoji1f388"></span><span class="emoji emoji1f388"></span> #azizyaqubzade #gecəninyazısı
Media Removed
#azizyaqubzade #gecəninyazısı 🎈🎈
#azizyaqubzade
#gecəninyazısı
Biz insanlar, bir qədər qəribə varlıqlarıq. Məsələn, ard- arda uğursuzluq, şanssızlıq yaşasaq ...
Media Removed
Biz insanlar, bir qədər qəribə varlıqlarıq. Məsələn, ard- arda uğursuzluq, şanssızlıq yaşasaq belə eşidəcəyimiz bir xoş xəbər, kiminsə bizə edəcəyi kiçik bir sürpriz, azarkeşi olduğumuz komandanın qələbəsi hə- min şanssızlığı bir müddət unutmağımıza şərait yaradır. Bəzilərimiz ... Biz insanlar, bir qədər qəribə varlıqlarıq.
Məsələn, ard- arda uğursuzluq, şanssızlıq yaşasaq
belə eşidəcəyimiz bir xoş xəbər, kiminsə bizə edəcəyi kiçik
bir sürpriz, azarkeşi olduğumuz komandanın qələbəsi hə-
min şanssızlığı bir müddət unutmağımıza şərait yaradır.
Bəzilərimiz bunu qəbul etməyib, “gözüm yüksəklərdədir”
desə də, həqiqət budur ki, əslində, hər birimiz vaxtaşırı
kiçik şeylərdən xoşbəxt olmağı bacarırıq. Və hər birimizin
də üzündə təbəssüm yaradıb bizi sevincə qərq edəcək ki-
çik xoşbəxtliklər mütləq vardır. Mən buna möcüzə deyirəm. Möcüzə sözünün başqa məna kəsb etdiyini söyləmə-
yə tələsməyin. Çünki mənə görə dünyanın möcüzələri Xeops ehramı, Babilin asma bağları, Artemida məbədi, İsgəndəriyyə mayakı və bunlarla birlikdə, daha 3 möcüzə ilə tamamlanaraq kifayətlənmir.
Mənə görə əsl möcüzə tam vaz keçmişkən ümidini
itirdiyin şeyin bir anda, heç gözlənilmədən gerçəkləşməsidir. Və ya “ayrı qaldığın sevgilinə zəng edimmi, etməyimmi?,” –deyə tərəddüdlər içində çırpınarkən, onun sənə
zəng etməsidir. Sevdiyin insanı bir dəfə qucaqlasan, bütün
dərd- sərinin unudulmasıdır əsl möcüzə.
Bu da sirr deyil ki, hər kəsin həyatda bir möcüzəyə ehtiyacı var və Xeops ehramı, Babilin asma bağları kimi dünyanın digər möcüzələri vecimə deyil, mənim möcüzəm
olarsan? (Əziz Yaqubzadə // Ona 📕🎈🌼)
#azizyaqubzade
#onakitab
#ona
Read more
Sevgi tık-tık xanım nağılı deyildi ki, bir-birimizdən inciyəndə digərimiz quyruğuna yağ, bal ...
Media Removed
Sevgi tık-tık xanım nağılı deyildi ki, bir-birimizdən inciyəndə digərimiz quyruğuna yağ, bal çəkib, yanağına xal çəksin inciyən tərəfin. Nə edək, insanıq da. Bizi o nağılın siçan tərəfi yox, dozanqurdu, canavar tərəfi daha çox cəlb edirdi ki, mübahisələrdə heç birimiz altdan almırdıq, ... Sevgi tık-tık xanım nağılı deyildi ki, bir-birimizdən inciyəndə digərimiz quyruğuna yağ, bal
çəkib, yanağına xal çəksin inciyən tərəfin. Nə edək, insanıq da. Bizi o nağılın siçan tərəfi yox, dozanqurdu, canavar tərəfi daha çox cəlb edirdi ki, mübahisələrdə heç birimiz altdan almırdıq, əksinə səhvlərimizə cürbəcür
ölçülü donlar geyindirərək üstə çıxırdıq. İnciyəndə ya tık-tık xanım kimi bir-birimizi üzüb, sonra da təklikdən dəm vururduq, ya da an gəlirdi ki, canavar kimi bir-birimizi dişimizə salıb, əzmək keçirdi könlümüzdən. Hər yol kimi bu didişmələrin, anlaşmazlıqların
da bir orta yolu var idi əlbəttə, amma kor inadımızdan qapımızın qabağından bir pillə artıq addım atmağı seçmirdik heç birimiz, o yolda kəsişmək üçün... Ancaq
bu gözləməklər də bizə çox şey qatdı. Məsələn, səbrli olmağı, qürurumuzun önünə keçə bilməməyi, eqomuza sevgimizdən daha çox önəm verməyimiz gerçəyini və s. Bircə səni mənə, məni də sənə qatmadı bu gözləməklər, çünki cərə də getdik, cürə də getdik, təkcə
bir-birimizə getmədik. Düzünə qalsa, heç vaxt əlimizi uzadıb, “əlini mənə bəsdərəci” də demədik ki, bilək, bəlkə digərimiz heç buraxmayacaqmış kimi tutardı o əli. Amma biz ikimiz də “yox, mən səndən küsdərəci”
tərzində davrandıqca içimizdəki o siçan da arxasına baxmadan gedərək, quyruğunu belə sallamadı bu eşqi qurtarmaq üçün... İndiki ağlım onda olsaydı deyə cümlələr qurmayacam, çünki peşmançılıq keçmişin səhvlərini örtmür, amma mən doğrudan da darıxdım, saçı suray, donu
daray xanımım... Bəlkə, bəlkə heç olmasa bir dəfə, yenidən əlini mənə bəsdərəci?
(Əziz Yaqubzadə // Bir Sən Qədər 📕🌼🎈)
#azizyaqubzade #birsənqədər #yenikitab #yenikitap #tıktıkxanım
Read more