Epilepsiafamily Instagram Photos and Videos

epilepsiafamily « Epilepsia » Community @epilepsiafamily mentions
Followers: 4,253
Following: 11
Total Comments: 0
Total Likes: 0

Harita, araba, full depo. Özgürlük, akıl, bağlılık. Savaş ve uğraş. Hedefler. Bu yolda gömülen ...
Media Removed
Harita, araba, full depo. Özgürlük, akıl, bağlılık. Savaş ve uğraş. Hedefler. Bu yolda gömülen ve ya hiç doğmayan sevgiler. Kafamın içi kütüphane. Bagajda yiyecek, içecek. Müzik var, şarap var, yatak var, uzun bi yol, güneş, doğa, orman, okyanus, her şey var sanki de, sanırım bi sen yoksun. ... Harita, araba, full depo. Özgürlük, akıl, bağlılık. Savaş ve uğraş. Hedefler. Bu yolda gömülen ve ya hiç doğmayan sevgiler. Kafamın içi kütüphane. Bagajda yiyecek, içecek. Müzik var, şarap var, yatak var, uzun bi yol, güneş, doğa, orman, okyanus, her şey var sanki de, sanırım bi sen yoksun. Gel, ittir. Çalıştıralım bu eski arabayı.
S/ @elgunismail
Read more
Nə məktublar yazılıb, yarə gedib çatmayan. Göyərçinlər tuş gələndə güllələrə. İki can da, həsrət ...
Media Removed
Nə məktublar yazılıb, yarə gedib çatmayan. Göyərçinlər tuş gələndə güllələrə. İki can da, həsrət içrə, ümidlərin təsəlliylə bəsləməyə çalışanda, sevgi-qana, vətən-cana qarışanda.. S/ @elgunismail Nə məktublar yazılıb, yarə gedib çatmayan.
Göyərçinlər tuş gələndə güllələrə.
İki can da, həsrət içrə,
ümidlərin təsəlliylə
bəsləməyə çalışanda,
sevgi-qana, vətən-cana
qarışanda.. S/ @elgunismail
İllər keçir, fəsillər ötür, ətrafın dəyişir. Yediklərin, oxuduqların, etdiklərin, inandıqların, ...
Media Removed
İllər keçir, fəsillər ötür, ətrafın dəyişir. Yediklərin, oxuduqların, etdiklərin, inandıqların, yuxuların, doğruların, fikirlərin, görünüşün, baxışın, gülüşün. Bunların hamısı və tərsi dəyişir. Əvvəl-əvvəl oturub yerə, balaca uşaq kimi gözləsəndə sonra tələm-tələsik qalxıb ... İllər keçir, fəsillər ötür, ətrafın dəyişir. Yediklərin, oxuduqların, etdiklərin, inandıqların, yuxuların, doğruların, fikirlərin, görünüşün, baxışın, gülüşün. Bunların hamısı və tərsi dəyişir. Əvvəl-əvvəl oturub yerə, balaca uşaq kimi gözləsəndə sonra tələm-tələsik qalxıb "bəlkə taparam" ümidiylə sağa-sola, yuxarı-aşağı, istiqamətsiz qaçmağa başlayırsan. Fiziki, zehni və mənəvi yorulub yıxılanda, bir də baxırsan ki, bütün geridə qoyduqların, uşaqlığın düşüb arxanca, sən hardasansa onlarda ora gəliblər. Həqiqətən sən hara getmisən, gəlmişəm? Bura və ya ora haradı? -bilmirəm.. S/@elgunismail

#cominghome
Read more
"o tərəf-bu tərəf" səninlə mən, hərkəsi bədbəxt olan bu şəhərin xoşbəxt heçkəsləri kimiyik. ayrı ...
Media Removed
"o tərəf-bu tərəf" səninlə mən, hərkəsi bədbəxt olan bu şəhərin xoşbəxt heçkəsləri kimiyik. ayrı ayrı avtobuslarda, baxırıq pəncərədən, sən sola, mən sağa. düşüb qaça bilmirəm qollarına, sən o tərəfə gedirsən, mən bu tərəfə yollarımız ayrıdı bizim, özgə insanlardan ... "o tərəf-bu tərəf"
səninlə mən,
hərkəsi bədbəxt olan bu şəhərin
xoşbəxt heçkəsləri kimiyik.
ayrı ayrı avtobuslarda,
baxırıq pəncərədən,
sən sola,
mən sağa.
düşüb qaça bilmirəm qollarına,
sən o tərəfə gedirsən,
mən bu tərəfə

yollarımız ayrıdı bizim,
özgə insanlardan soruşuruq bilmədiyimiz küçələri,
əlini sıxıb apara bilmirəm səni sevdiyim yerlərə xatirələrimi.
üz bə üz dayanmışdıq
səni sevdiyim yerdə gördüm səni dün,
mən yolun bu tərəfində durmuşdum,
sən o tərəfində,
məni "yenə" görmürdün.. pambığı çıxmış divanımız yadındadı?
kitab oxumağına baxardım qıraqdan,
səni sevərdim mən həmişə,
uzaqdan,
küsərdin məndən,
ayrılıq şeirləri yazdığıma görə,
iki yad kimi oturardıq divanda,
sən o tərəfdə,
mən bu tərəfdə.. hərdən,
ağlamağım gəlir şeirlərimə,
necə də oxşuyurlar sevgi dilənən yazığlara,
necə də soyuqdu sənsiz bakının küçələri,
heç bilirsən?

dünya dərdlərinə qarışıb başımız,
pul dalıyca qaçmaqdan ağrıyır dizlərimiz,
biz ayrılmamışıq,
axtarırsa gözlərimiz,
sən o tərəfdə,
mən bu tərəfdə.. iki qatar dayanır yan yana,
baxıram kupelərə bir bir,
gözüm sataşır pəncərəyə,
sarı saçlarını görürəm,
iki qatar dayanır yan yana
sən o tərəfdə
mən bu tərəfdə

dünya dərdlərinə qarışıb başımız,
şeirlərimi oxumur kimsələr,
adımı görüb altında..
mən dünyada ilişib qalmışam
dünya bu tərəfdə,
sən o tərəfdə.. intihar şərt mi olur yavaşdan,
yoxsa boşuna mı uzanır qələmə əlim?
nə olar qovma yanından məni,
get demə gəlim.
bu tərəflərdə soyuqdu havalar,
bəlkə,gəldim o tərəflərə,
qolların ən isti yorğan üstümə.. o tərəflərdən bi peyğəmbər güdür gözlərim,
gəlib apara məni bu tərəflərdən,
Allah niyə görmür məni?
bəlkə silinib bu tərəflər xəritədən?
sənin yerindir yanım,
biz tərəflərdə gülürlər şeir yazanlara,
qovurlar.. ikimiz də öləcik,
heç bilirsən?
cənnət-cəhənnəmin qapısı ağzında baxacaqsan yad kimi mənə,
orda da yollarımız ayrılacaq,
bilirəm,
gedəcəyik,
sən o tərəfə,
mən bu tərəfə.
@alicanab
Read more
"Leyla" nə yaman qocalır,ruhum,bədənim içirəm gecələr geçən yaşıma adımı da bilmir məndən ...
Media Removed
"Leyla" nə yaman qocalır,ruhum,bədənim içirəm gecələr geçən yaşıma adımı da bilmir məndən gedənim bilənlər deyir,daş düşsün başına mən nə qədər içim?nə qədər qusum başımda nə qədər adsız ağrı var adın rast gələndə dinməyim susum görsən ağlıyıram,bağrım çartdıyar evim ... "Leyla"
nə yaman qocalır,ruhum,bədənim
içirəm gecələr geçən yaşıma
adımı da bilmir məndən gedənim
bilənlər deyir,daş düşsün başına

mən nə qədər içim?nə qədər qusum
başımda nə qədər adsız ağrı var
adın rast gələndə dinməyim susum
görsən ağlıyıram,bağrım çartdıyar

evim də tək qalıb sən gedən gündən
ara bir toz basır pəncərələrin
tozunu silirəm,quruluyuram
göz yaşım isladır pəncərələrin

bu nə yaman şeydi,nə yaman şeydi
unuda bilməmək,saç tellərini
indi yanımdakı gərək görəydi
ağlaya ağlaya get deməyini

nə bilsin mən səni necə sevmişəm
o bir şeir bilir,bir də ki məni
nə bilsin mən sənlə hara getmişəm
hələ də görməyib məndəki səni

qısqanır arada özünə məni
hərdən bir qızlardan uzaq saxlayır
inandıra bilmir sözünə məni
canıma and verir,küsür,ağlayır

şəklini bir dəfə göstərdim ona
sifətin turşutdu dedi gözəldi
nə bilsin yatanda qoyub yanıma
şəklini öpürəm,xətrin özəldi

külqabım isyanlar eyləyir mənə
"doluram,daşıram bu qədər bəsdi"
siqaret də bezib söyləyir mənə
"tüstüyə güvənmə,vallah əbəsdi"

bir duman çəninə düşərsən səhər
yolunu azarsan,uzaqlaşarsan
yanında ağlayan qızla birtəhər
dumanda o sanıb qucaqlaşarsan

ayrılıb görərsən o afət deyil
bu necə ağırdı sən nə biləsən?
qucaqlaşmaq böyük fərasət deyil
bu eşqin oynuna sən də gələsən

öpüb gözlərindən ayrılasan ki,
sonradan güvənin itirməsin heç
indidən pis günü qarşılasın ki,
kimsələr o qızla əylənməsin heç

o hələ körpədi,nə bilsin onu
bənzətdin Leylaya,çox əzizlədin
o hələ körpədi,nə bilsin sonu
çətin yekunlaşır,çox qəliz gəlir @alicanab
Read more
Epileptiklər bu insana lahiyəsində kömək edə bilərlər. Əlaqə üçün: @joanminder
Media Removed
Epileptiklər bu insana lahiyəsində kömək edə bilərlər. Əlaqə üçün: @joanminder Epileptiklər bu insana lahiyəsində kömək edə bilərlər. Əlaqə üçün: @joanminder
"İnci" gəlir.. S/ @elgunismail
Media Removed
"İnci" gəlir.. S/ @elgunismail "İnci" gəlir.. S/ @elgunismail
Uzaqlar. Səndən uzaqlar. Gözüm qalıb yollarında. Gəlməsən də, bir xəbər gəlməsə də, gözüm ...
Media Removed
Uzaqlar. Səndən uzaqlar. Gözüm qalıb yollarında. Gəlməsən də, bir xəbər gəlməsə də, gözüm qalıb yollarında. Bəlkə səhv yollara dikmişəm gözlərimi. Əgər gələcəksənsə, hansı yolda gözləyim səni onu de barı. Yox əgər gəlməyəcəksənsə, Hansı yola baxmağımın önəmi yox, Əsas ... Uzaqlar.
Səndən uzaqlar.
Gözüm qalıb yollarında.
Gəlməsən də,
bir xəbər gəlməsə də,
gözüm qalıb yollarında.
Bəlkə səhv yollara dikmişəm gözlərimi.
Əgər gələcəksənsə, hansı yolda gözləyim səni onu de barı.
Yox əgər gəlməyəcəksənsə,
Hansı yola baxmağımın önəmi yox,
Əsas odur baxım..
Nə kədər var indi
nə zərrə sevinc.
Nə sən varsan
Nə əllərin.
Yan otağda həmin mahnılar,
Səssizlik
Ölüm qoxusu və qorxusu.
Susuzluq kimidi səndən ayrı olmaq.
Bitməyən susuzluq.
Bəlkə də heç olmamışdın.
Bəlkə də heç nə gəlməmişdin
Nə də getməmisən.
Sahidən, varsan sən?
Axı varsansa, olmusansa
Bəs onda niyə indi nə səsim
Nə də qırışlı əllərim çatmır sənə?
Bəs onda niyə oyaq keçən gecələrə,
Nə də yuxularıma belə gəlmirsən?
Yox əgər, yox idinsə, yoxsansa
Niyə ağlımda sənin adın,
qısa saçların,
iri gözlərin və
boynundan gələn
o əvəzsiz qoxu var ki?
Və niyə bir dəfə də olsun
Səndən sonra o qoxuya rast gəlməmişəm?
Sərxoş və üstəgəl aşiq halımla
soruşuram səndən.
sən var idin, ya yox?
bəs mən? Var idim sənin üçün,
Ya heç olmamışan?.. S/ @elgunismail
Read more
"üsyan" boğazımda saçlarından hörülmüş intihar ipi fərman verib edamıma gedirsən bilinməyən ...
Media Removed
"üsyan" boğazımda saçlarından hörülmüş intihar ipi fərman verib edamıma gedirsən bilinməyən bir varlığın yanına ayaq səslərin qulağımda al qırmızı qərənfillər yatağımın boş tərəfində, və şeir dəftərim, səndən sonra təqvim yarpaqları kimi.. sənin səsinə diksinirəm mən səni ... "üsyan"
boğazımda saçlarından hörülmüş intihar ipi
fərman verib edamıma
gedirsən bilinməyən bir varlığın yanına
ayaq səslərin qulağımda
al qırmızı qərənfillər yatağımın boş tərəfində,
və şeir dəftərim,
səndən sonra təqvim yarpaqları kimi.. sənin səsinə diksinirəm mən
səni gördüyüm yuxulardan hər sabah.
başlayır yenə əlini tuta bilmədiyim bir gün
adını qışqıraraq otağımda
gülümsəyən o şəklin
hələ də baş ucumda.

bir daş parçasını öpüb hüzur tapır ürəyim
hər səhər azanında kafirlər namaza qalxarkən
mən Allahdan küsdüm
səni məndən alıb anamın yanına aparanda.

öz dilimdə dualar eliyirəm Tanrıya,
axı Tanrı,tək ərəb dilində bilmir,
bəs niyə anamı yanıma gətirmir?

buraxıb dilimdən o son iki duanı,
sənə şeir dəftərləri yandıracam Tanrım,
mən şeirlərimlə oxuyacam dualarımı,
qaytar mənə anamı.. sənə gəlincə sevgilim,
və mən baxıram ki,
səni unutmağa çalışarkən
Allahı unutmuşam.
[email protected]
Read more
S/ @elgunismail
Media Removed
S/ @elgunismail S/ @elgunismail
"müqəddəs yoxluq" yağış altda çətirsiz qalan adam mənəm, gəzmək sənin keçdiyin küçələrdən, məzar ...
Media Removed
"müqəddəs yoxluq" yağış altda çətirsiz qalan adam mənəm, gəzmək sənin keçdiyin küçələrdən, məzar ziyarəti kimi indi, mən istəmədən, başımda papaq, çiynimdə səninlə aldığım palto sənsiz islanıram görüş yerimizdə əllərim cibimdə. sənlə oturduğumuz o parka indi kimsəsiz ... "müqəddəs yoxluq"
yağış altda çətirsiz qalan adam mənəm,
gəzmək sənin keçdiyin küçələrdən,
məzar ziyarəti kimi indi,
mən istəmədən,
başımda papaq,
çiynimdə səninlə aldığım palto
sənsiz islanıram görüş yerimizdə
əllərim cibimdə.

sənlə oturduğumuz o parka
indi kimsəsiz pişiklər yığılıb.
arxandan baxacağımı bilirmiş kimi utanırdın
uzun uzadı gözlərini əzbərləyərdə mən..
arxanca baxmaq,
çarəsizliyin ən aciz halı,
yavaş-yavaş,
səssiz,
və bir damcı qan axıtmadan öldürmək insanları içində,
səndən sonra güvənməmək bir Allah bəndəsinə.. uzaqdan görmək də imkansız səni
niyə gözlərim axtarır şəhərin ən dar küçəsində
necə də müqəddəs idi sənin şəklinə gülümsəmək
səndən xəbərsiz
bilmədən sənin varlığını
bir döngədə təsadüfən görmək istəyi,
bir şeirlə,
təsadüfən öpmək istəyi səni.. sənin göz qapaqlarında mən əyyaş bir şairin xəyalı idim
sən,
mənim gözlərimdə ölmüş qızımın anası.
günahkaram,
sənə bəstələdiyim kədərimlə mən.
tək qalmışam,
bir yığın şeirin altda.

və günahkardır səni qucaqlaya,öpə bilmədiyim gecələr.
ağlayıram yuxudan qan tər oyanıb
gecənin dördündə mən.
qarışıram ulduzlara,
müqəddəs gecələrdə rəqs edərdik səninlə
saçlarının sədaları altında.

sənin ətrini verən bir dünya yaradacam
gözlərindən yoxluq var edib,
bu qədər şeiri boşu boşuna yazmıram.. yoxluğunu tanımazdan əvvəl
adi insan idim,
və mən sən gedəndə çatdım o murdar müqəddəsliyə
gözləyirəm stansiyalarda hələ də
və mən bilmirəm nə zaman qayıdarsan,
sən hansı [email protected]
Read more
Təkcə səni deyil, mən özümü də Sənli günlərdə qoyub gəlmişəm.. İlqar Fəhmi
Media Removed
Təkcə səni deyil, mən özümü də Sənli günlərdə qoyub gəlmişəm.. İlqar Fəhmi Təkcə səni deyil, mən özümü də
Sənli günlərdə qoyub gəlmişəm.. İlqar Fəhmi
İnsan hər yerdə insanmış. İnsan hər dildə, hər bölgədə, hər rəngdə və zamanda eyni insanmış. İnsan ...
Media Removed
İnsan hər yerdə insanmış. İnsan hər dildə, hər bölgədə, hər rəngdə və zamanda eyni insanmış. İnsan hər bazarda ucuz imiş. Zatən insan ya satılmaz, ya da ucuz satılar. Ətrafında olduğun insanlar sənlə tamam ayrı hiss və duyğuda olduğu anlarda, bax həmin anlarda ruhun daha yalnız olur. ... İnsan hər yerdə insanmış.
İnsan hər dildə, hər bölgədə, hər rəngdə və zamanda eyni insanmış.
İnsan hər bazarda ucuz imiş.
Zatən insan ya satılmaz, ya da ucuz satılar.
Ətrafında olduğun insanlar sənlə tamam ayrı hiss və duyğuda olduğu anlarda, bax həmin anlarda ruhun daha yalnız olur. Heç dəyişməyən, hələ körpə olan, əslində isə həmişə körpə olacaq ruhun, bax həmin anlarda daha yalnız olur. Gözlədiklərin və gözləmədiklərin. Həyat milyonlarca xırda, sadə düsturdan ibarətdir. Bu düsturlar isə yalnız və yalnız insanlara, insan xarakterlərinin həyatda özünü tapdığı əksidir.
İnsanlar özlərindən keçmiş, rəqs edərkən, bir-bir onlara baxmaq, sırayla, özənlə. Qəti təəccüb etmirəm. Bilirəm onları. Onlar adi, onlar utanmaz və cahil.
Biz çox şey itirdik bə dostum. Həddindən daha çox şeyi. Həyəcanı itirdik ilk öncə. Qorxunu və saflğı. Daha qəddar, cəsarətli olduq. Çox şeyi itirdik bə dostum. Göz yaşlarından tut güvənə qədər çox şeyi.. Ayrılıqlar yaşayıb, sevgilidən çox özümüzdən ayrılmışıq biz. Nə ağlayanımız var nə.gülənimiz. Yalnızıq bildiyin. Hər
şeyimiz var ama heç nəyə sahib deyilik. Biz oxunmayan kitablar, bilinməyən mahnılarıq bə, sıxacaq bir canın varsa da sıxma onu, biz kimik ki? Ələ avuca sığmayan hissləri bir balaca ürəyə əsir etmiş, əzazil türmə müdürü biz. Səsində özgəlik var, sözündə yalan var, sus sən allah danışma. yoxsa, yoxsa alovlara düşərsən. əbədi alovlara.. S/ @elgunismail
Read more
Mən heç kəsə sənə baxdığlm kimi baxmadım, baxa bilmədim. Heç kimi sənin yarın qədər sevmədim, ...
Media Removed
Mən heç kəsə sənə baxdığlm kimi baxmadım, baxa bilmədim. Heç kimi sənin yarın qədər sevmədim, sevə bilmədim. Yerin dolmayacaq, öyrəndim bunu. Hər adamın bir yolu, hər yolun öz yolçusu. Səninlə çıxdığım bu yolu, başqa biriylə tamamlamağı gözləmə məndən. Dartıb əlimdən, çağırırlar, ... Mən heç kəsə sənə baxdığlm kimi baxmadım, baxa bilmədim.
Heç kimi sənin yarın qədər sevmədim, sevə bilmədim.
Yerin dolmayacaq, öyrəndim bunu.
Hər adamın bir yolu, hər yolun öz yolçusu.
Səninlə çıxdığım bu yolu,
başqa biriylə tamamlamağı gözləmə məndən.
Dartıb əlimdən, çağırırlar,
əllərini uzadırlar.
Mən həmin yolun ortasında oturmuş,
kar, lal, kor tərpənmirəm yerimdən.
Mən gözləyirəm, sən gəlməsən də.
Sığınıb gücsüz, cılız "bəlkələrə"
fikir verməsəm də gələnlərə, gedənlərə,
fərqindəyəm, qopmuşam özlüyümdən,
hələ başlarında bu ömrün. S/ @elgunismail
Read more
Ondan gəldiyini biləcəyim məktub nə ki, bir hərf belə necə ovuda bilər məni, heç kim bilə bilməz. ...
Media Removed
Ondan gəldiyini biləcəyim məktub nə ki, bir hərf belə necə ovuda bilər məni, heç kim bilə bilməz. Varsa bir Allah, sağamsa bir mən bilə bilərəm. S/ @elgunismail Ondan gəldiyini biləcəyim məktub nə ki, bir hərf belə necə ovuda bilər məni, heç kim bilə bilməz. Varsa bir Allah, sağamsa bir mən bilə bilərəm. S/ @elgunismail