Loading...


Unique profiles
3
Most used tags
Total likes
0
Top locations

Average media age
540.7 days
to ratio
3
Şəni uca olan Mütəal Allah külli aləmin Xaliqi və Malikidir. Bütün aləm Allahın rəhməti ilə bərqərardır. ...
Media Removed
Şəni uca olan Mütəal Allah külli aləmin Xaliqi və Malikidir. Bütün aləm Allahın rəhməti ilə bərqərardır. Yəni hər bir şey ilahi rəhmətdən nəşət tapmışdır. . Qurani Kərimdə Əraf surəsində buyrulur: "Mərhəmətim hər şeyi ehtiva etmişdir." (156) . Milli.Az islaminsesi.info-ya ... Şəni uca olan Mütəal Allah külli aləmin Xaliqi və Malikidir. Bütün aləm Allahın rəhməti ilə bərqərardır. Yəni hər bir şey ilahi rəhmətdən nəşət tapmışdır.
.

Qurani Kərimdə Əraf surəsində buyrulur: "Mərhəmətim hər şeyi ehtiva etmişdir." (156)
.

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, ayəyə geniş izah gətirmək üçün bu barədə Ayətullah Seyyid Sistaninin dəftərxanasına sual ünvanlanıb:
.

Sual: "Allahın rəhməti hər şeyi əhatə etmişdir" ayəsində məqsəd nədir? Bunun xüsusi şərti varmı?
.

Cavab:
.

Mətləbə aydınlıq gətirmək üçün Quranın özünə müraciət edək. Əraf surəsinin 156-cı ayəsində buyrulur:
. "(Allah) buyurdu: 'İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim hər şeyi ehtiva etmişdi. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam!"
.

Şeyx Təbərisi "Məcməul-bəyan" təfsirində yazır:
. "'İstədiyimi əzabıma düçar edərəm" ayəsində məqsəd Allaha üsyan edənlər və bu ilahi əzaba layiq olanlardır. Bu da onların öz məşiyyət və iradəsi ilə olur. Çünki Allah Təala ayədə bu üsyanı onların öz iradəsinə bağlayıb. Ağıl da (Qurana əsasən) onlar üçün bağışlanılmağın mümkünlüyünü qəbul edir.
. -(Yəni Allahın əfvi, bağışlması, rəhməti onlar üçün daim açıqdır. Əgər istəsələr. Çünki Şeyxin buyurduğu kimi "Bu da onların öz məşiyyət və iradəsi ilə olur. Yəni Allahın rəhmət qapısı günahkarlar üçün belə açıqdır. Özləri səy edib nail olsunlar.)
. "Mərhəmətim hər şeyi ehtiva etmişdir" ayəsinə gəlincə isə Həsən və Qütadə bu barədə yazırlar: "Həqiqətən Allahın rəhməti dünyada hər kəsi mömini və kafiri bütünlüklə əhatə etmişdir. Bu rəhmət qiyamətdə isə yalnız möminlərə şamil olacaqdır."
.

Uteyyə Aufi deyir: "İlahi rəhmət hər şeyi əhatə etmişdir. Lakin bu yalnız möminlər üçün vacibdir. Kafirlər üçün isə yalnız ruzi kimi şamil olur(Yəni dünyada yaşamaları üçün ruzi və möhlət ilahi rəhmətdir). Allah kafirə möminə xatir rəhm edər. Çünki ilahi rəhmət möminləriə daha genişdir.  Çünki mömin kafirlərin arasında yaşayır. Əgər qiyamət olsa bu rəhmət yalnız möminə şamil olacaq. Necəki od şöləsi ətrafında olanların hamsını işıqlandırır. Nur (çıraq, lampa) sahibi gedərsə onun işığı da gedər."
Read more
Loading...
“Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, ...
Media Removed
“Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat” – Məkkə şəhərinin şərqində, Məkkə ilə Taif arasında yerləşən bir məntəqə və səhralıq! Həmin məntəqə ki, həzrət Adəm (ə) Allahdan məğfirət və bağışlanma ... “Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat” – Məkkə şəhərinin şərqində, Məkkə ilə Taif arasında yerləşən bir məntəqə və səhralıq! Həmin məntəqə ki, həzrət Adəm (ə) Allahdan məğfirət və bağışlanma dilədi, Allah da onu Öz əfv və məğfirətinə şamil etdi. “Ərəfə” nədir? “Ərəfə” günü nə emək lazımdır? Zilhiccə ayının 9-cu günü (Avqust ayının 21-i) “Ərəfə” günüdür. Uca Tanrı bu gün üç məkanda üç zümrəyə xüsusi rəhmət nəzəri ilə baxır:
1. “Ərəfat” səhrası və Allah evinin zəvvarları. Həmin gün Allah evinin zəvvarları günortadan gün batana qədər “Ərəfat” səhrasında hazır olub, ibadətlə, münacatla, raz-niyazla məşğul olur, günahlarını dilə gətirib tövbə edir, böyük Allahdan hacətlərini və bağışlanmaqlarını diləyirlər.
2. Kərbəla və şəhidlər sərvəri imam Hüseynin (ə) zəvvarları;
3. Dünyanın hər bir nöqtəsində Allaha doğru açılan əllər.
Nə üçün “Ərəfə”? Vəhy mələyi Cəbrail-Əmin həcc əməllərini həzrət İbrahimə (ə) öyrətdiyi zaman “Ərəfat” səhrasına çatdıqda ona: “Ərəftə? – yəni öyrəndinmi?” – deyə soruşduqda, həzrət İbrahim dedi: “Bəli!” Odur ki, həmin məntəqə “Ərəfat”, həmin gün isə “Ərəfə” adlandı. Əlbəttə, bunda başqa, həmin günün “Ərəfə” adılanması ilə bağlı digər səbəblər də göstərilmişdir. Belə ki, həzrət Adəm (ə) gördüyü işi həmin səhralıqda Allahın dərgahında etiraf etdiyi, eləcə də, hacılar orada öz günahları və xətalarını etiraf etdikləri üçün “Ərəfə” adlanmışdır. Həmçinin nəql olunur ki, həzrət Adəmlə zövcəsi Həvva behiştdən yer üzünə enərkən, həmin məntəqədə bir-birini tapdıqları üçün, həmin məntəqə “Ərəfat”, həmin gün isə “Ərəfə” adlanmışdır. “Ərəfə” gününün əhəmiyyəti ilə bağlı çoxlu sayda rəvayət nəql olunmuşdur. Bir rəvayətdə deyilir ki, imam Səccad (ə) “Ərəfə” günü bir yoxsulun diləndiyini və camaatdan yardım istədiyini gördükdə, ona yaxınlaşaraq həmin gün Allahdan başqasından bir hacət istəməməsini, hacətini yalnız Ondan diləməsini, həmin günün böyük bir gün və hamının ilahi lütf və fəzlə şamil olmasını xatırlatdı! (“Əl-vafi”, Fyz Kaşani, 2-ci cild, səh.42.) .

ardı commetdə
⬇️⬇️⬇️⬇️⬇️⬇️
Read more
r @thorobreadofficial Plaga Plaga Plaga!!! #StocksGoinUp @oldmanebro @applemusic @beats1official : Plaga ft. @donqhbtl @troubleadx S/o @itsmomentumradio @ceofase #thorobread #plaga #trustisaluxury #allmoneyislegal #beats1ebro #beats1 #hbtl #amil #toronto #newyork r @thorobreadofficial Plaga Plaga Plaga!!! #StocksGoinUp📈💹 @oldmanebro @applemusic @beats1official 💯💯💯 —
🎼: Plaga ft. @donqhbtl @troubleadx S/o @itsmomentumradio @ceofase
#thorobread #plaga #trustisaluxury #allmoneyislegal #beats1ebro #beats1 #hbtl #amil #toronto #newyork
İnsanlara kömək edən 7 xeyir əldə edər. "Əgər infaq cəmiyyətdə artarsa, cəmiyyətdə əmin-amanlıq ...
Media Removed
İnsanlara kömək edən 7 xeyir əldə edər. "Əgər infaq cəmiyyətdə artarsa, cəmiyyətdə əmin-amanlıq hakim olar". Yoxsulların və ehtiyacı olanların ehtiyacını aradan qaldırıb, onlara maddi yardım göstərmək insana bir çox fərdi və ictimai bərəkətlər gətirər ki, onlarla tanış olaq: 1. Nəfsin ... İnsanlara kömək edən 7 xeyir əldə edər. "Əgər infaq cəmiyyətdə artarsa, cəmiyyətdə əmin-amanlıq hakim olar".
Yoxsulların və ehtiyacı olanların ehtiyacını aradan qaldırıb, onlara maddi yardım göstərmək insana bir çox fərdi və ictimai bərəkətlər gətirər ki, onlarla tanış olaq:
1. Nəfsin paklanması. 
İnfaq insanı bir çox əxlaqi rəzil sifətlərdən pak edər və qəlbini saflaşdırar.
2. Ruhi hüzur gətirər. 
İnfaq insan üçün dünya və axirət ruhi hüzuru gətirər. 
Quran: “Öz mallarını gecə və gündüz, gizlin və aşkar(şəkildə Allah yolunda) xərcləyənlərin Rəbbi yanında məqamlarına layiq mükafatları vardır. (Axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar”. “Bəqərə” surəsi, ayə 274
3. Ruzinin artması. 
Quranın da verdiyi vədədə olduğu kimi, hər kim infaq və ehsan edər, Allah onun əvəzini verər və ruzisini artırar.
Quran: “De: "Həqiqətən, mənim Rəbbim bəndələrindən istədiyinin ruzisini (ümumun mənafeyinə və kamil bir quruluşun tələbinə əsasən) bol edər və azaldar və (Allah yolunda) sərf etdiyiniz hər bir şeyin əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır".
“Səba” surəsi, ayə 39
Allaha yaxınlaşmaq. 
İnfaq insanı Allahın sevimlisi edər və Onun qürbünə yaxınlaşdırar.
5. İctimai əmin-amanlıq. 
Əgər infaq cəmiyyətdə artarsa, cəmiyyətdə əmin-amanlıq hakim olar. 
Quran: “Bilin ki, siz Allah yolunda xərcləməyə çağırılanlarsınız”. “Muhəmməd (s) surəsi, ayə 38
6. İlahi rəhmət və bəxşiş. 
Hər kim Allah yolunda infaq edər, Allahın rəhməti ona şamil olar və günahları bağışlanar.
7. Axirəti xeyirli olar. 
Ən kiçik infaq belə, Allahdan gizli deyildir. Bu infaq və ehsanlar onun əməl dəftərində yazılacaq və axirətdə mükafatını alacaqdır. 
İmam Hüseyn (ə): “Bilin ki, insanların sizə müraciət etməsi və ehtiyacı olması - İlahi nemətdir. Ona görə də nemətdən üz döndərməyin. Əks halda bəlaya giriftar olarsınız”. Mövlan

#aztagram #azerbaycan #azerbaijan #oruc #ramazan
Read more
Loading...