Saleh m q allah

Loading...


Unique profiles
6
Most used tags
Total likes
0
Top locations
Baku, Azerbaijan
Average media age
570.7 days
to ratio
13
"Yoxsa belə güman edirlər ki, onlara yardım etdiyimiz mal-dövlət və oğullarla onların xeyirə ...
Media Removed
"Yoxsa belə güman edirlər ki, onlara yardım etdiyimiz mal-dövlət və oğullarla onların xeyirə nail olmalarına tələsirik? (Xeyr,) əksinə, anlamırlar (ki, onların sınanmaları və bədbəxtlikdə daha da irəliləmələri üçün vasitələr hazırlayırıq)". ("Muminun" 55-56). . Həzrət Peyğəmbərin ... "Yoxsa belə güman edirlər ki, onlara yardım etdiyimiz mal-dövlət və oğullarla onların xeyirə nail olmalarına tələsirik? (Xeyr,) əksinə, anlamırlar (ki, onların sınanmaları və bədbəxtlikdə daha da irəliləmələri üçün vasitələr hazırlayırıq)". ("Muminun" 55-56).
.

Həzrət Peyğəmbərin (s) zamanında yaşayan tayfalar belə hesab edirdilər ki, əgər Allah onlara sərvət və qüdrət veribdirsə, deməli Allah onları sevir. Ancaq bilmirdilər ki, bu imtahan vasitəsiləri onların küfr etməsinə səbəb olan əsil amillər idilər.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, ona görə də hər kim sərvət və çoxlu övlad əldə edər, hesab etməsin ki, bunlar Allahın ona verdiyi lütfdür. Bəlkə bu vasitələr imtahan vasitələridir ki, Allah onların axirətdəki əzabını məhz bu imtahan vasitəsi daha da şiddətləndirər.
Bu insanlar peyğəmbərlər (ə) tərəfindən haqqa tərəf dəvət olunsalar da, nəfsləri onları mal və dövlətə bağladığı üçün hidayəti qəbul edə bilmirdilər. Ona görə də üsyan edir və müxalifətlik göstərirdilər.
.

Tarix bu kimi insanların sonunu bizə göstərmiş və insanlara ibrət olsun deyə nəql etmişdir. Ancaq qafil insan cahiliyyət dövründə olduğu kimi, öz əcdadlarının təfəkkürünü bu günə qədər də davam etdirməkdədir.

Müasir zamanda da elə insanlara rast gəlmək olur ki, sərvət və övladları ilə öyünür və onların yardımına söykənir və Allahdan üz çevirirlər.
Əksinə öz səhvlərini başa düşsələr, tövbə və nalə etsələr, saleh əməllər yerinə yetirsələr - nicat tapmaqları üçün zəminələr hazırlamış olarlar. Ancaq bu mal və dövlət gözlərini elə bağlamışdır ki, heç bir həqiqəti eşitmir və görmürlər.
.

Həzrət Peyğəmbər (s) buyurur: "Həqiqətən, Allah Təala buyurur: "Nə zaman dünya mömin bəndəni sıxar, o, qəmgin və qüssəli olar. Halbuki bu, Mənə yaxınlaşmasının bir yoludur. Əgər dünyada ona bolluq versəm, sevinər. Halbuki, bu məsələ Məndən uzaqlaşmaq mənbəyi olar"".
.

Əmirəl-möminin (ə) buyurur: "Ey Adəm övladı! Əgər görsən ki, Allah dalbadal sənə Öz nemətlərindən əta edir və sən itaətsizlik edirsən, ona görə Allahından çəkin".
Read more
Loading...
🌜 Günahları məhv edən amillər<span class="emoji emoji1f31b"></span> <span class="emoji emoji1f4da"></span>Axirətini düşünən bir insan üçün ən mühüm mövzu – günahlarını ...
Media Removed
🌜 Günahları məhv edən amillər Axirətini düşünən bir insan üçün ən mühüm mövzu – günahlarını necə məhv edə biləcəyidir. Çünki bu insanın əsil hədəfi – cavidan və əbədi behiştdir. “Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış ... 🌜 Günahları məhv edən amillər🌛
📚Axirətini düşünən bir insan üçün ən mühüm mövzu – günahlarını necə məhv edə biləcəyidir. Çünki bu insanın əsil hədəfi – cavidan və əbədi behiştdir. “Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış cənnətə doğru tələsin”. (“Ali-İmran” 133).📗
İlahi rəhmət lütfü həmişə bəndələrinin üzərinə nur saçar və onları aydınladar. Ancaq bu İlahi nurdan bəhrələnmək üçün insanın tutumu olmalıdır. Bu tutumu yaradan amilləri tanıyaq.
🌸1. İman. İnsan iman olmadan Allah tərəfindən olan bağışlanmanı əldə etmək qabiliyyətnə malik ola bilməz.“Günah işlər gördükdən sonra tövbə edən və iman gətirən kəslər, (bilsinlər ki,) həqiqətən sənin Rəbbin ondan (tövbədən) sonra çox bağışlayan və mehribandır”. (“Əraf” 153)
📗
🌸2. Tövbə. Pis və günah əməllərə görə tövbə etmək – insanın İlahi nuru qəbul etmək üçün tutumunu genişləndirər və bağışlanar. Əgər tövbə etməsə və günah etməyə davam etsə, Allah Təala ondan intiqam alar və bağışlamaz. “Nəhayət, onlardan intiqam aldıq və onları dənizdə batırdıq. Çünki Bizim ayələrimizi və nişanələrimizi təkzib etdilər və (ümumiyyətlə) onlardan qafil idilər”. (“Əraf” 136).📗
🌸3. Saleh əməl. Saleh əməl ürəyi yumşaldar və günaha tərəf getməyə mane olar. Həmçinin günahların bağışlanmasına səbəb olar. “Əgər Allaha gözəl bir borc versəniz (mallarınızdan, məllərinizdən və övladlarınızdan Onun yolunda versəniz), onu(n mükafatını) sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah qədirbilən (əməli qiymətləndirərək gözəl mükafatlandıran) və həlimdir”. (“Təğabun” 17)
📗
🌸4. Kəbirə günahlardan çəkinmək. 
Əgər insan kəbirə günahlardan çəkinərsə, Allah da bəzi günahlarını bağışlayar. “Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik”. (“Nisa” 31)
📗
🌸5. İlahi əmrlərə itaət etmək. İnsanın Allaha itaət etməsi və əmrlərini gözəl şəkildə yerinə yetirməsi səbəb olar ki, onunla Allah arasında sevgi rabitələri meydana gəlsin. Bu sevgi rabitələri günahların aradan getməsinə yardım edər. “De: «Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın
Read more
Təvəssül etməyin şərtləri. Məsum İmamlara (ə) təvəssül etmək elə bir mövzulardandır ki, onu ...
Media Removed
Təvəssül etməyin şərtləri. Məsum İmamlara (ə) təvəssül etmək elə bir mövzulardandır ki, onu həm ağıl və həm də dinimiz bəyənir, qəbul edir. Həzrət Peyğəmbərin (s) özü və Məsum İmamlarımız (ə) dualarımızda onlara təvəssül etməyi həmişə tösiyə etmişdilər. (Erfan) Təvəssül etməyin ... Təvəssül etməyin şərtləri.

Məsum İmamlara (ə) təvəssül etmək elə bir mövzulardandır ki, onu həm ağıl və həm də dinimiz bəyənir, qəbul edir. Həzrət Peyğəmbərin (s) özü və Məsum İmamlarımız (ə) dualarımızda onlara təvəssül etməyi həmişə tösiyə etmişdilər. (Erfan)

Təvəssül etməyin həqiqəti Allaha yaxşı əməl görərək yaxınlaşmaqdır.

Yəni, Allahın iradəsinə söykənərək, mübarək şəxslərdən vasitə kimi istifadə etməkdir. “Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın”. (“Maidə” 35). “Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər”. (“Nisa” 64). Təvəssül etmək insanın aqibətini xeyirli edən əməllərdəndir. Ancaq bu mühüm əməlin özünün də şərtləri vardır ki, onlarla tanış olaq:

1. Niyyət xalis olmalıdır. İmam Əli (ə) buyurur: “İlahi bəxşiş – niyyətin (ixlasının) ölçüsünə görədir”. 2. Təvəssül edən zaman hacət məntiqli olmalı və dini çərçivədə olmalıdır.

3. Təvəssülün və duanın yerinə yetməsinin ən mühüm şərti – iman və saleh əməldir. O kəs ki, Allahla bağlı əhdinə əməl etməz, hacətinin tez yerinə yetməsinin intizarında olmasın.

4. Ümid etmək. Bəzən insanın duasının yerinə yetməsinin zamanı hələ gəlib çatmayıbdır. Ona görə də uzun zaman dua edir və İmamlara (ə) təvəssül edir. Bu yolla Allahla olan rabitəsi möhkəmlənir. Əslində təvəssül və dua etmək – Allahın bəndəsinə olan lütfünün nişanəsidir.

Belə bir bəndə dua və təvəssül yolu ilə özünü İlahi qürbə daha da yaxınlaşdırar. Mühüm olan budur ki, məyus və ümidsiz olmasın.

5. Bəzən bir duaın yerinə yetməsi insanın faydasına olmaz. “Çox vaxt bir şeyi xoşlamırsınız, halbuki, o, sizin üçün xeyirlidir və çox vaxt bir şeyi xoşlayırsınız, halbuki, o, sizin üçün pisdir. Allah bilir, siz isə bilmirsiniz”. (“Bəqərə” 216).
Read more
Təvəssül etməyin şərtləri. Məsum İmamlara (ə) təvəssül etmək elə bir mövzulardandır ki, onu ...
Media Removed
Təvəssül etməyin şərtləri. Məsum İmamlara (ə) təvəssül etmək elə bir mövzulardandır ki, onu həm ağıl və həm də dinimiz bəyənir, qəbul edir. Həzrət Peyğəmbərin (s) özü və Məsum İmamlarımız (ə) dualarımızda onlara təvəssül etməyi həmişə tösiyə etmişdilər. (Erfan) Təvəssül etməyin ... Təvəssül etməyin şərtləri.

Məsum İmamlara (ə) təvəssül etmək elə bir mövzulardandır ki, onu həm ağıl və həm də dinimiz bəyənir, qəbul edir. Həzrət Peyğəmbərin (s) özü və Məsum İmamlarımız (ə) dualarımızda onlara təvəssül etməyi həmişə tösiyə etmişdilər. (Erfan)

Təvəssül etməyin həqiqəti Allaha yaxşı əməl görərək yaxınlaşmaqdır.

Yəni, Allahın iradəsinə söykənərək, mübarək şəxslərdən vasitə kimi istifadə etməkdir. “Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın”. (“Maidə” 35). “Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər”. (“Nisa” 64). Təvəssül etmək insanın aqibətini xeyirli edən əməllərdəndir. Ancaq bu mühüm əməlin özünün də şərtləri vardır ki, onlarla tanış olaq:

1. Niyyət xalis olmalıdır. İmam Əli (ə) buyurur: “İlahi bəxşiş – niyyətin (ixlasının) ölçüsünə görədir”. 2. Təvəssül edən zaman hacət məntiqli olmalı və dini çərçivədə olmalıdır.

3. Təvəssülün və duanın yerinə yetməsinin ən mühüm şərti – iman və saleh əməldir. O kəs ki, Allahla bağlı əhdinə əməl etməz, hacətinin tez yerinə yetməsinin intizarında olmasın.

4. Ümid etmək. Bəzən insanın duasının yerinə yetməsinin zamanı hələ gəlib çatmayıbdır. Ona görə də uzun zaman dua edir və İmamlara (ə) təvəssül edir. Bu yolla Allahla olan rabitəsi möhkəmlənir. Əslində təvəssül və dua etmək – Allahın bəndəsinə olan lütfünün nişanəsidir.

Belə bir bəndə dua və təvəssül yolu ilə özünü İlahi qürbə daha da yaxınlaşdırar. Mühüm olan budur ki, məyus və ümidsiz olmasın.

5. Bəzən bir duaın yerinə yetməsi insanın faydasına olmaz. “Çox vaxt bir şeyi xoşlamırsınız, halbuki, o, sizin üçün xeyirlidir və çox vaxt bir şeyi xoşlayırsınız, halbuki, o, sizin üçün pisdir. Allah bilir, siz isə bilmirsiniz”. (“Bəqərə” 216).
Read more
Namazın hikmət və sirləri Bildiyimiz kimi, füruiddinin (əməli hökmlərin) birincisi namazdır. ...
Media Removed
Namazın hikmət və sirləri Bildiyimiz kimi, füruiddinin (əməli hökmlərin) birincisi namazdır. Namaz o qədər əhəmiyyətlidir ki, hətta döyüş meydanında, xəstəlik və s. şəraitlərdə belə tərk olunmamalıdır. Adəm peyğəmbərin (ələyhissalam) yaradılışından başlayaraq sonuncu peyğəmbər ... Namazın hikmət və sirləri

Bildiyimiz kimi, füruiddinin (əməli hökmlərin) birincisi namazdır. Namaz o qədər əhəmiyyətlidir ki, hətta döyüş meydanında, xəstəlik və s. şəraitlərdə belə tərk olunmamalıdır. Adəm peyğəmbərin (ələyhissalam) yaradılışından başlayaraq sonuncu peyğəmbər həzrət Məhəmmədin (salləllahu ələyhi və alihi və səlləm) dövrünə kimi bu ibadət müxtəlif formalarda yerinə yetirilmişdir.
Təəssüflə qeyd etmək lazımdır ki, hal-hazırda bəzi müsəlmanlar namaza əhəmiyyət vermir və bu ibadəti xurafat sayırlar. Onlar belə deyirlər: "Allah öz bəndəsinə qarşı çox mehribandır, namaz qılmasan da olar, təki ürəyin təmiz olsun!”
Yəqin ki, belələri müqəddəs kitabımız Qurani-Kərimin ayələrindən xəbərsizdirlər. Onlar düşünmürlər ki, hətta peyğəmbərin övladı, əmisi yaxud həyat yoldaşı Allah-təalaya iman gətirib lakin saleh iş görməsə, axirətdə əbədi əzab içində olasıdır. 
Bəziləri də namazın hikmət və fəlsəfəsindən agah olmadıqları üçün bu ibadətə etinasız yanaşırlar. 
Hər bir insanın təbiətində "təşəkkür” hissi var. Məsələn, əgər avtobusda cavan bir şəxs özündən yaşca böyük birinə oturmaq üçün yer verərsə, o, istər-istəməz həmin cavana öz təşəkkür və minnətdarlığını bildirəcək. Namazın hikmətlərindən biri də Yaradana "şükr etmək” hissidir. Belə ki, biz namaz qılmaqla Allah-təalanın bəxş etdiyi sonsuz nemətlərin (hava, su, sağlamlıq və s.) qarşısında Ona təşəkkürümüzü bildirmək və möhtaclığımızı etiraf etmək istəyirik. Bu da vücudumuzda olan "təşəkkür” duyğusunun büruzə verilməsidir.
Bəziləri isə "namaz vaxtımızı alır” kimi, bir sıra bəhanələr gətirməklə ondan boyun qaçırırlar. Həqiqətdə isə Allah-təala ixtiyarımıza verdiyi 24 saatın təxminən 20 dəqiqəsinin Onun (Allah) üçün ayrılmasını istəyir. Əlbəttə ki, Allah-təalanın bizim namazlara heç bir ehtiyacı yoxdur. Əsl məqsəd budur ki, insan namaz qılmaqla kamilliyə, mənəviyyata ucalıb dünya və axirət səadətinə yetişsin. 
Bir daha namazın əhəmiyyətli olduğunu yada salaraq Qurani-Kərimin "Muddəssir” və "Maun” surələrindən bir neçə ayəni zikr edirik:
Read more
Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib. “Qafqazinfo” ...
Media Removed
Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib. “Qafqazinfo” xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən ... Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib. “Qafqazinfo” xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli həmvətənlər!

Sizi dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, xalqımıza və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Qurban mərasimi Uca Yaradana məhəbbət və itaət, yüksək mənəvi-əxlaqi dəyərlərə hörmət, hər bir bəşər övladına mərhəmət və dözümlülük təlqin edən İslam dininin insanlar üçün hidayət yolu seçilməsi ilə əlamətdardır. Bu mübarək bayram bütün dünya müsəlmanlarının mənəvi-ruhi birliyini, əməli-saleh insanların Tanrı sevgisini və haqq-ədalət naminə hər cür fədakarlığa hazır olmalarını təcəssüm etdirir.

Mütərəqqi islami dəyərlərə bağlılığı ilə seçilən Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə Qurban bayramını özünün əziz günlərindən biri kimi qoruyub saxlamışdır. Hazırda minlərlə həmvətənimizin də aralarında olduğu milyonlarla müsəlman müqəddəs Həcc ziyarətində möhtəşəm həmrəylik nümayiş etdirərək, Uca Yaradana şükranlarını bildirir, ölkəmizdə və dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün dualar edirlər.

Bayram günləri müsəlmanlarımız Allah və din yolunda öz müqəddəs borcunu yerinə yetirir, qurbanlar kəsilir, imkansızlara və ehtiyacı olanlara yardımlar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, hər belə bayram cəmiyyətimizdə xeyirxahlığın, birlik və bərabərliyin, Vətənə və milli dövlətçiliyə sədaqətin təntənəsinə çevrilir.

İnanıram ki, bu mübarək bayram müstəqil Azərbaycan Respublikasının tərəqqisi naminə xalqımızın qəhrəmanlıq və fədakarlıq qüdrətini artıracaq, ölkəmizdə vətəndaş sülhünü və milli-mənəvi həmrəyliyi daha da gücləndirəcəkdir.

Əziz bacı və qardaşlarım!

Kəsdiyiniz qurbanların Allah tərəfindən qəbul olunması arzusu ilə bir daha hər birinizə möhkəm cansağlığı, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!”.
Read more
Loading...
Qiyamət günü “şəfaət” məsələsi Biz inanırıq ki, Qiyamət günü peyğəmbərlər, məsum imamlarımız ...
Media Removed
Qiyamət günü “şəfaət” məsələsi Biz inanırıq ki, Qiyamət günü peyğəmbərlər, məsum imamlarımız və Allahın dostları (yaxşı bəndələri) Allahın izni ilə bəzi günahkar insanlara şəfaət edəcək. Onları bağışladacaqlar. Amma unutmayın ki, Allah bu icazəni öz mənəvi əlaqələrini Allah-təala ... Qiyamət günü “şəfaət” məsələsi

Biz inanırıq ki, Qiyamət günü peyğəmbərlər, məsum imamlarımız və Allahın dostları (yaxşı bəndələri) Allahın izni ilə bəzi günahkar insanlara şəfaət edəcək. Onları bağışladacaqlar. Amma unutmayın ki, Allah bu icazəni öz mənəvi əlaqələrini Allah-təala və onun dostları ilə kəsməyən layiqli insanlara bəxş edəcəkdir. Deməli şəfaət məsələsi, heç də, hesab-kitabsız deyildir. Şəfaət də, bir növ insanların niyyətlərinə və əməllərinə bağlıdır. Ənbiya surəsində oxuyuruq: "Onlar Allahın razı olmadığı şəxslərdən başqasına şəfaət etməzlər!” (28-ci ayə) Nübuvvət bəhsində söylədik ki, şəfaət məsələsi, bir növ insanları tərbiyə etmək yoludur. Və Allah və onun layiqli bəndələri, dostlarından rabitəni kəsməmək və günahdan uzaqlaşmaq üçün bir vəsilədir. Yəni nəticədə günahkar insan, Allaha ümidvar olaraq, bir daha günah etmir və sonrakı ömür yolunu paklıqla başa vurur. Şübhəsiz, İslam Peyğəmbəri (s) Həzrət Məhəmməd (s.ə) "Əzəmətli şəfaət” məqamına malikdir. Ondan sonra isə digər peyğəmbərlər, məsum imamlar (ə) və hətta alimlər, şəhidlər, arif möminlər... insana şəfaətçi olacaqlar. Qurani-kərim və saleh əməllər də, insana şəfaət edəcəkdir. İmam Sadiq (ə) buyurur: "Bütün insanlar Qiyamət günü Məhəmməd Peyğəmbər (s.ə)-in şəfaətinə ehtiyaclıdırlar!” (Bihar; c. 8, s. 42) "Kənzul-ummal” kitabında Peyğəmbər (s.ə)-dən nəql edilən bir hədisdə buyurulur: "Qiyamət günü beş şəfaətçi vardır: Quran, sileyi-rəhim (qohumlarla əlaqəni kəsməmək), əmanətdar olmaq, sizin Peyğəmbəriniz (s) və onun pak Əhli-beyti (ə)!” (Kənzul-ummal hədis 39041, c. 14, s. 390)
İmam Sadiq (ə) özünün digər hədisində buyurur: "Qiyamət günü "alim” və "abid” (ömrünü yalnız ibadətlə keçirən şəxs) birlikdə Allahın "hüzurunda” olar. Abidə deyilər: "Cənnədə gir!” Alimə isə deyilər: "Dayan! Və xalqa (onlara verdiyin gözəl tərbiyəyə görə) şəfaətçi ol!” (Bihar, c. 8, səh. 56, hədis 66) Bu hədis şəfaətin fəlsəfəsinə gözəlincə şəkildə işarə edir. "Bərzəx” aləmi. (dünyası)
Biz inanırıq; bu dünya və Axirət dünyasından əlavə, üçüncü bir dünya vardır ki, "Bərzəx” adlanır. İnsanlar öldükdən sonra, onların ruhları məzh Bərzəxdə yerləşdirilir. Və qimət gününə qədər orada qalırlar.
Read more
1-Şübhəsiz ki, qeybət böyük günahlardan biridir və böyük günahlara batmış şəxslərin yeri də cəhənnəmdir. ...
Media Removed
1-Şübhəsiz ki, qeybət böyük günahlardan biridir və böyük günahlara batmış şəxslərin yeri də cəhənnəmdir. İmam Sadiq (ə) bu barədə buyurmuşdur: "Böyük günahlar onlardır ki, Allah-taala cəhənnəm odunu onlar üçün vacib etmişdir.” 2-Allah-taala Qurani-kərimdə buyurmuşdur: "Vay olsun, ... 1-Şübhəsiz ki, qeybət böyük günahlardan biridir və böyük günahlara batmış şəxslərin yeri də cəhənnəmdir. İmam Sadiq (ə) bu barədə buyurmuşdur: "Böyük günahlar onlardır ki, Allah-taala cəhənnəm odunu onlar üçün vacib etmişdir.” 2-Allah-taala Qurani-kərimdə buyurmuşdur: "Vay olsun, qeybət edib (üzdə) tənə vuran hər kəsin halına!” 3-Allah-taala başqa bir ayədə belə buyurmuşdur: "(Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini etməyin! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! (Yəqin ki,) hamınız bu işdən ikrah edirsiniz.” (Deməli, bilin ki, qeybət etmək ölmüş din qardaşının ətini yemək kimidir. Ondan çəkinin!) 4-Cabir ibn Abdullah və Əbu Səid Xudri həzrət Peyğəmbər (s)-in belə buyurduğunu nəql etmişlər: "Qeybətdən çəkinin, qeybət zinadan daha pisdir; çünki zinakarın tövbə edib günahının bağışlanması mümkündür, qeybət sahibindən halallıq alınmamış günahın bağışlanması isə qeyri-mümkündür.” 5-İmam Sadiq (ə) buyurmuşdur: "Qeybət etmək hər bir müsəlmana haramdır. Alov odunu yandırıb kül etdiyi kimi, qeybət də insanın yaxşı əməllərini yandırıb kül edir.” 6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qiyamət günü sizdən birinin əməllərinə baxmaq üçün məhşər səhnəsinə gətirib əməl dəftərini ona verərlər. O, özünün əməl dəftərinə baxanda yerinə yetirmiş olduğu xeyir əməllərdən heç birini orada görməyib deyər: "İlahi, bu mənim əməl dəftərim deyildir. Çünki yerinə yetirdiyim saleh əməllərdən və ibadətlərdən heç biri onda yazılmamışdır.” Ona deyilər: "Sənin Allahın səhvə düçar olmaz, heç bir şeyi unutmaz. Bu elə sənin əməl dəftərindir; lakin qeybət etdiyinə görə sənin yaxşı əməllərin pisliyinə danışıb qeybətini etdiyin şəxsin əməllərinə əlavə olunmuşdur.” Sonra başqa bir adamı gətirib əməl dəftərini ona verərlər. O, öz əməl dəftərinə baxarkən orada çoxlu yaxşı əməllərin və ibadətlərin yazıldığını görüb təəccüblə deyər: "İlahi, bu mənim əməl dəftərim deyildir! Mən burada yazılmış xeyir işləri və ibadətləri dünyada yerinə yetirməmişəm.” Ona deyilər: "Filankəs sənin qeybətini etdiyinə görə, onun xeyir əməlləri sənin əməl dəftərinə yazılmışdır.” Ardı : ⬇ ⬇ ⬇
Read more
Loading...
Ramazan ayının 5-ci gününün duası: . "Allahumməc-əlni fihi minəl-müstəğfirin. Vəc-əlni fihi ...
Media Removed
Ramazan ayının 5-ci gününün duası: . "Allahumməc-əlni fihi minəl-müstəğfirin. Vəc-əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc-əlni fihi min övliyaikəl-müqərrəbin. Birə-fətikə ya ərhəmər-rahimin". . Tərcüməsi: . "İlahi, bu ayda məni günahlarının bağışlanmasını istəyənlərdən ... Ramazan ayının 5-ci gününün duası:
. "Allahumməc-əlni fihi minəl-müstəğfirin. Vəc-əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc-əlni fihi min övliyaikəl-müqərrəbin. Birə-fətikə ya ərhəmər-rahimin".
.

Tərcüməsi:
. "İlahi, bu ayda məni günahlarının bağışlanmasını istəyənlərdən qərar ver, Öz saleh və itaətkar bəndələrindən, Özünə yaxınlaşdırdığın dostlarından et, mehribanlığın xatirinə, ey mərhəmətlilərin Mərhəmətlisi!"
.

Allah orucunuzu qəbul etsin! .
ƏLLAHUMƏ SƏLLİ ƏLA MUHAMMƏDİN VƏ ALİ MUHAMMƏD VƏ ƏCCİL FƏRƏCƏHUM.
Read more
Əssələmu aleykum və rahmətullahi və bərəkətuh. Bayramınız mübarək olsun. Allah bizdəndə sizdəndə saleh əməllərimizi qəbul etsin. Neçə-neçə xeyirli bayramlara çıxmağı və çatmağı Allah bizlərə nəsib etsin. Əmin. Əssələmu aleykum və rahmətullahi və bərəkətuh.
Bayramınız mübarək olsun.
Allah bizdəndə sizdəndə saleh əməllərimizi qəbul etsin.
Neçə-neçə xeyirli bayramlara çıxmağı və çatmağı Allah bizlərə nəsib etsin.

Əmin.
Təcrübə göstərir ki, insanın nəfsani istəklərinin ardınca getməsi, onun əlinə və ayaqlarına ...
Media Removed
Təcrübə göstərir ki, insanın nəfsani istəklərinin ardınca getməsi, onun əlinə və ayaqlarına açılmayan zəncirlər vurar və onu əsir edər. . Qurani-Kərim Həzrət Yusifin (ə) dilindən buyurur: "Mən öz nəfsimi (Allahın diqqət və nəzəri olmadan) təmizə çıxarmaq istəmirəm. Çünki, Rəbbimin ... Təcrübə göstərir ki, insanın nəfsani istəklərinin ardınca getməsi, onun əlinə və ayaqlarına açılmayan zəncirlər vurar və onu əsir edər.
.

Qurani-Kərim Həzrət Yusifin (ə) dilindən buyurur: "Mən öz nəfsimi (Allahın diqqət və nəzəri olmadan) təmizə çıxarmaq istəmirəm. Çünki, Rəbbimin rəhm etməsi istisna olmaqla (insanın) nəfs(i) daim pisliyə əmr edəndir. Həqiqətən mənim Rəbbim çox bağışlayan və mehribandır". ("Yusif" 53).
.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: "Nəfs, insanı pisliyə tərəf çəkər. Hər kim onu boş buraxar, nəfsi onu günahlara tərəf çəkər".
.

Qurani-Kərim Allahın Öz peyğəmbərlərinin (ə) özünə nəzarət etməsi barəsində buyurur: "O zaman (qəbilə) qardaşları olan Nuh onlara dedi: "Məgər (Allahın qəzəb və əzabından) çəkinmirsiniz?"". ("Nuh" 106).
. "O zaman (qəbilə) qardaşları Lut onlara dedi: "(Bu şirk və küfrünüzdən) çəkinmirsinizmi?!"". ("Şüəra" 161).
.

Həzrət Saleh (ə) barəsində buyurur: "O zaman onların (qəbilə) qardaşları Saleh onlara dedi: "Məgər (şirk və küfrdən) çəkinmirsiniz?"". ("Şuəra" 142).
.

Şueyb (ə) barəsində buyurur: "O zaman Şüeyb onlara dedi: "(küfr və şirkinizdən) çəkinmirsinizmi?!"". ("Şuəra" 178).
.

İlyas (ə) barəsində buyurur: "O zaman o, öz qövmünə dedi: "Məgər (Allaha qarşı itatəsizlik etməkdən və Ona şərik qoşmaqdan) qorxmursunuz?". ("Saffat" 124).
.

Həzrət Peyğəmbərə (s) buyurur: "(Mənim bəndələrimə) de: "Ey Mənim iman gətirmiş bəndələrim, Rəbbinizdən qorxun! Bu dünyada (əməl və etiqadda) yaxşılıq edənlər üçün (həm dünyada, həm də axirətdə) gözəl mükafat vardır. Allahın yeri genişdir (əgər bir yerdə dindarlıq edə bilməsəniz, başqa bir yerə hicrət edin). Şübhəsiz, səbirlilərin mükafatları saysız-hesabsız və kamil şəkildə veriləcəkdir". ("Zumər" 10).
.

Beləliklə deyə bilərik ki, özünə kontrol edib, nəfsinə qalib gəlmək - elə mühüm mövzulardandır ki, Mütəal Allah onun barədə hətta Məsum peyğəmbərlərinə (ə) belə göstəriş vermiş və insanları ona əməl etməyə təşviq etmişdir.
.

Məsumların (ə) dili ilə desək, Allah Təala böyük cihada - nəfslə cihada dəvət etmişdir.
Read more
Allaha ibadət və bəndəçilik etmək üçün zaman və məkanın rolu böyükdür. Mənəvi məkanlara, o cümlədən, ...
Media Removed
Allaha ibadət və bəndəçilik etmək üçün zaman və məkanın rolu böyükdür. Mənəvi məkanlara, o cümlədən, Allahın evi Kəbəyə və yaxud Peyğəmbər və imamların türbələrinə daxil olmaq üçün, xüsusi ədəb-ərkan qaydalrına riayət olunduğu kimi, əlamətdar günlər də belədir. Məxsusən, ilahi ziyafət ... Allaha ibadət və bəndəçilik etmək üçün zaman və məkanın rolu böyükdür. Mənəvi məkanlara, o cümlədən, Allahın evi Kəbəyə və yaxud Peyğəmbər və imamların türbələrinə daxil olmaq üçün, xüsusi ədəb-ərkan qaydalrına riayət olunduğu kimi, əlamətdar günlər də belədir. Məxsusən, ilahi ziyafət süfrəsinin açıldığı mübarək Ramazan ayına daxil olmağın ədəb qaydalarına riayət insana bu bərəkətli aydan layiqincə bəhrələnməkdə kömək edir. Elə bu səbəbdən, mübarək Ramazan ayına hazırlıqla bağlı məsum rəhbərlərimizdən (ə) nəql olunan bir sıra faydalı tövsiyələri əziz möminlərin diqqətinə çatdırır və Allah-Taaladan istəyirik ki, həmin tövsiyələrə əməl etmək üçün tofiqatımızı daha da artırsın:

1. TÖVBƏ VƏ İSTİĞFAR

Əba-Səlt adı ilə tanınan Əbdüssalam ibn Saleh Hərəvidən belə nəql olunur: “Şəban ayının son cüməsi imam Rzanın (ə) hüzuruna getmişdim. İmam (ə) buyurdu: “Ey Əba-Səlt! Şəban ayının çox hissəsi keçdi və bu gün Şəban ayının son cüməsidir. Şəban ayının qalan günlərində Allah-Taaladan keçən günlərdə qurşandığın günahların bağışlanmasını istə, dua et, Allahın xalis və saleh bəndələrindən olmaq istəyirsənsə, günahlarından tövbə et, Quran oxu, üzərindəki bütün haqları və əmanətləri ödə, qəlbindən kin-küdurəti çıxar, günah işlərdən uzaq ol, Allahdan həya et, hər zaman – gizli və aşkar – Allaha təvəkkül et. Allaha təvəkkül edən şəxsə Allah kifayətdir. Bu ayın son günləri və saatlarında bu duanı təkrar-təkrar oxumağı unutma:

اَللّهُمَّ اِنْ لَمْ تَكُنْ غَفَرْتَ لَنا فيما مَضى‏ مِنْ شَعْبانَ، فَاغْفِرْ لَنا فيما بَقِىَ مِنْهُ

Duanın oxunuşu: Əllahummə illəm təkun ğəfərtə ləna fima məza min Şə`ban, fəğfir ləna fima bəqiyə minh.

Duanın tərcüməsi: İlahi, əgər Şəban ayının keçən günlərində bizi bağışlamayıbsansa, onda, qalan günlərində bizi bağışla! (“Vəsail”, 10-cu cild, səh.301.) 2. ŞƏBAN YININ SON GÜNLƏRİNDƏ ORUC TUTMAQ

Ramazan ayına hazırlıq üçün tövsiyə olunan əməllərdən biri də Şəban ayının son günlərində oruc tutmaqdır. Bu isə, bir növ mübarək Ramazan ayını qarşılamaq deməkdir. Nəql olunur ki, hər kim mübarək Şəban ayının son üç gününü oruc tutub Ramazan ayına birləşdirərsə, Allah-Taala ona iki ayın orucunun savabını əta edər. (“Məfatihul-cinan”, “Şəban” ayının son günləri
Read more
Loading...
Surələrin gücü Muhəmməd” surəsi İmam Sadiq (ə) buyurmuşdur: "Muhəmməd” (s.v.s) surəsini ...
Media Removed
Surələrin gücü Muhəmməd” surəsi İmam Sadiq (ə) buyurmuşdur: "Muhəmməd” (s.v.s) surəsini oxuyan şəxs ölənə qədər (haqqı batildən ayırmaqda) əsla şəkkə düçar olmaz, Allah ona kasıbçılıq göstərməz və heç bir sultan qorxusu ona yol tapa bilməz. Elə ki, həmən şəxs öldü Allah min mələyə ... Surələrin gücü

Muhəmməd” surəsi
İmam Sadiq (ə) buyurmuşdur: "Muhəmməd” (s.v.s) surəsini oxuyan şəxs ölənə qədər (haqqı batildən ayırmaqda) əsla şəkkə düçar olmaz, Allah ona kasıbçılıq göstərməz və heç bir sultan qorxusu ona yol tapa bilməz. Elə ki, həmən şəxs öldü Allah min mələyə onun üçün namaz qılmağı əmr edər, namazların savabını ona verər və mələklər onun dəfnində iştirak edərlər. Qiyamətdə də Allahın hüzurunda olar. "Fəth” surəsi
İmam Sadiq (ə) buyurmuşdur: Mal - dövlət, arvad – uşaq və kənizlərinizin tələf olmasının qarşısını "Fəth” surəsini oxumaqla alın. Kim bu surəni oxusa qiyamətdə uca səslə (bu səsi qiyamətdəkilərin hamısı eşidəcək) ona deyiləcək. Sən mənim ixlaslı, pak ürəkli bəndələrimdənsən. Gəl mənim saleh bəndələrimə qoşul və Cənnətimə keç. Mələklərə xitab olunacq ki, ona gözəl ətirli, heç kəsin əli dəyməmiş qablarda kafur qatılmış şərab içirin. "Yasin” surəsi
Savabı həddən artıqdır. Hər şeyin bir qəlbi var, Quranın qəlbi də "Yasin” surəsidir. Bu surə axşam düşməmiş oxu, axşam düşməmiş ruzun yetişir. "Yunis” surəsi
İmam Sadiq (ə) buyurmuşdur: Kim 2-3 aydan bir "Yunis” surəsini oxusa onun heç bir qorxusu olmaz. Dünyada mücahidlərdən, qiyamətdə isə Allahın yaxın bəndələrindən olar. "Hud” surəsi
İmam Baqir (ə) buyurmuşdur: Kim hər cümə günü "Hud” surəsini oxusa Peyğəmbər(s.v.s) - lə bir yerdə olar, hesab asan olar və onun nə günah etdiyi məlum olmaz. "Yusif” surəsi
İmam Sadiq (ə) buyurmuşdur: Kim "Yuif” surəsini hər gecə, ya gündüz oxusa Allah qiyamətə onu Yusif peyğəmbər (ə) –ın gözəlliyində gətirər, qiyamətin qorxusu ona təsir etməz və Allahın ən yaxşı bəndələrindən olar. "Şura” surəsi
Kim daima "Şura” surəsini oxusa, Allah qiyamətdə onun sifətini qar və ya günəş kimi ağ edər. Ona nida edib deyər: "Ey mənim bəndəm! "Şura” surəsini oxudun, lakin onun savabından xəbərin yox idi. Əgər onun savabını bilsəydin heç vaxt onu oxumaqdan yorulmazdın. İndi mən onun savabını sənə verəcəyəm.

Hansı duanı oxumanızdan asılı olmayaraq,təmiz ürəklə edilən bütün duaları inanın ki, Allah qəbul edər...
Read more
Tövrat, İncil, Zəbur, Qurani-Kərim – hamısı Ramazan ayında nazil olub . Ramazan ayı, Quran nazil ...
Media Removed
Tövrat, İncil, Zəbur, Qurani-Kərim – hamısı Ramazan ayında nazil olub . Ramazan ayı, Quran nazil olduğu ay olmaqla bərabər, özünəxməxsus fəzilətlərə malikdir ki, onu başqa qəməri aylardan ayırır. Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayı ona görə belə adlandırılmışdır ki, çünki ... Tövrat, İncil, Zəbur, Qurani-Kərim – hamısı Ramazan ayında nazil olub .

Ramazan ayı, Quran nazil olduğu ay olmaqla bərabər, özünəxməxsus fəzilətlərə malikdir ki, onu başqa qəməri aylardan ayırır. Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayı ona görə belə adlandırılmışdır ki, çünki günahları yandırar".
.

Ramazan ayının özünə məxsus fəzilətləri ilə tanış olaq:
.

1. Aylar içində ən üstün olanıdır. Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Ey insanlar! Allahın rəhmət, bərəkət və bağışlanma ayı sizə üz tutmuşdur. Elə bir ay ki, Allah yanında bütün aylardan üstün və gündüzləri - gündüzlərdən, gecələri - gecələrdən, saatları - saatlardan üstündür. Elə bir ay ki, siz orada qonaqlığa dəvət olunmusunuz və Onun lütfündə qərar tutmusunuz".
.

2. Allah Kitabının bu ayda nazil olması. İmam Sadiq (ə) buyurur: "Quranın hamısı Ramazan ayında Beytul-məmura nazil olmuşdur. Sonra 20 il ərzində Peyğəmbərə (s) nazil olmuşdur. İbrahimin (ə) səhifəsi - Ramazan ayının ilk gecəsində, Tövrat - Ramazan ayının 6-cı günündə, İncil - Ramazan ayından 12 gecə keçəndən sonra, Zəbur isə Ramazan ayının 18-də nazil olmuşdur". .

3. Orucluq tövfiqi. "Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Qur'anın nazil olduğu bir aydır. Buna görə də sizdən bu ayı görən (öz vətənində olan) kəs, onu (o ayı) oruc tutmalıdır". ("Bəqərə" 185).
.

4. Qədr gecəsinə malik olması. Qədr gecəsi elə bir gecədir ki, min aydan belə üstün hesab olunmuş və onun əzəməti haqqında Quranda surə nazil olmuşdur: "Qədr gecəsi min aydan daha xeyirlidir. O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər. O gecə dan yeri sökülənə qədər hamı salamatlıqda və (Allahın) rəhmət(in)də olar. Və (o gecə mələklərin yer üzündəki məsumu və saleh bəndələri) salamlama gecəsidir". ("Qədr" 3-5).
.

5. Quranın baharıdır. İmam Baqir (ə) buyurur: "Hər bir şeyin baharı vardır, Quranın baharı - Ramazan ayıdır".
Read more
Loading...