Qara_koynekliler Instagram Photos and Videos

qara_koynekliler @qara_koynekliler mentions
Followers: 1,376
Following: 0
Total Comments: 0
Total Likes: 0

Mərhum şeyx Vərram "Tənbihul-xatir və Nüzhətun-nazir”də yazır: Əli ibn Cə`fər Mədaini Ələvi ...
Media Removed
Mərhum şeyx Vərram "Tənbihul-xatir və Nüzhətun-nazir”də yazır: Əli ibn Cə`fər Mədaini Ələvi nəql edir ki, Kufədə təqvalı və zahidliyi ilə tanınan qısaboy bir qoca vardı. Bir gün atamın təşkil etdiyi məclisdə həmin qoca da iştirak edirdi və o, atama belə bir əhvalat nəql etdi: Bir dəfə ... Mərhum şeyx Vərram "Tənbihul-xatir və Nüzhətun-nazir”də yazır: Əli ibn Cə`fər Mədaini Ələvi nəql edir ki, Kufədə təqvalı və zahidliyi ilə tanınan qısaboy bir qoca vardı. Bir gün atamın təşkil etdiyi məclisdə həmin qoca da iştirak edirdi və o, atama belə bir əhvalat nəql etdi:
Bir dəfə Kufənin arxa nahiyəsində yerləşən Cö`fi adlanan qədim məsciddə idim. Gecə yarısı ibadətlə məşğul olduğum zaman üç nəfər içəri daxil oldu. Onlardan biri məscidin ortasına gəlib yerə oturdu və sonra əlini yerə çəkdi. Birdən, yerdən çeşmə tək su qaynamağa başladı. O, əvvəl dəstəmaz alıb, o biri iki nəfərə də dəstəmaz almağı əmr etdi. Onlar da dəstəmaz aldılar. Həmin şəxs qarşıda durub namaz qılmağa başladı, o iki nəfər də ona iqtida edərək namaza başladılar. Mən də ayağa qalxıb həmin şəxsə iqtida edərək namaz qılmağa başladım. Namazın salamını verib qurtardıqdan sonra quru torpaqdan su çıxdığından təəccüblənib sağ tərəfimdə oturan şəxsdən soruşdum: Bu şəxs kimdir? Dedi: O, İmam Həsən Əskəri (ə)-ın övladı İmam Zaman (ə) dır. Bunu eşitcək yerimdən qalxıb həmin şəxsə yaxınlaşdım və salam verib əlindən öpdüm. Sonra ondan soruşdum: Ey Peyğəmbər övladı! Seyyid şərif Ömər ibn Həmzə barədə nə deyə bilərsiniz? O, haqq yoldadırmı? Buyurdu: O, indi haqq yolda deyildir, amma haqqa hidayət olacaq və ömrünü dəyişməzdən əvvəl məni görəcəkdir. 
Əli ibn Cə`fər Mədaini deyir: Bu əhvalatı kimsəyə danışmadım və onun baş verməsindən uzun müddət keçdi. Beləliklə, Şərif Ömər ibn Həmzə vəfat etdi və mən onun İmam Zamanla (ə) görüşüb-görüşmədiyini bilmədim.
Bir gün o zahid şəxs bu əhvalatı atama nəql edirdi, elə bu vaxt onlara yaxınlaşıb hər şeyi inkar edən şəxs kimi dedim: Məgər siz demədinizmi ki, o dünyasını dəyişməzdən əvvəl İmam Zaman (ə)-ı görəcək? Dedi: Sən hardan bilirsən ki, o İmam Zamanla (ə) görüşməmişdir?
Bir müddət sonra məclislərdən birində Şərif Ömər ibn Həmzənin, Şərif Əbulmənaqib ləqəbi ilə tanınan oğlu ilə görüşdüm. O mənə dedi: Bir gün atam xəstə olduğu vaxt yanında oturmuşdum. Onun taqəti tamamilə qurtarmış rəngi də qaçmışdı. Gecənin sonuna yaxın evin bütün qapılarını bağlamağıma baxmayaraq, birdən gördüm ki, evə bir şəxs daxil olub.
Read more
Seyyid Həsən Əbtəhi deyir ki, 1332-ci hicri şəmsi ilində Kufəyə getmişdim. Orada fədası olduğumuz ...
Media Removed
Seyyid Həsən Əbtəhi deyir ki, 1332-ci hicri şəmsi ilində Kufəyə getmişdim. Orada fədası olduğumuz İmam Zamanla (ə) görüşən hacı Şeyx Məhəmməd Kufi adlı bir şəxslə görüşdüm. O, bizə belə bir əhvalat nəql etdi: İraqla Hicaz arasında maşın işləmədiyi vaxt bir dəfə Məkkəyə getdim. Qayıdarkən ... Seyyid Həsən Əbtəhi deyir ki, 1332-ci hicri şəmsi ilində Kufəyə getmişdim. Orada fədası olduğumuz İmam Zamanla (ə) görüşən hacı Şeyx Məhəmməd Kufi adlı bir şəxslə görüşdüm. O, bizə belə bir əhvalat nəql etdi:
İraqla Hicaz arasında maşın işləmədiyi vaxt bir dəfə Məkkəyə getdim. Qayıdarkən dəstədən geri qalıb yolu itirdim. Yoluma davam edib bir bataqlığa düşdüm. Dəvəmin ayağları palçığa batdığından hərəkət edə bilmirdi. Mən də dəvənin üstündən düşə bilmirdim və dəvəni ölüm ayağında görüb uca səslə fəryad edərək İmam Zaman (ə)-ı köməyə çağırdım. «Ya Əba Salihil-Məhdi, ədrikni!» (Ey Əbu-Saleh Mehdi, dadıma çat!) Bunu bir neçə dəfə təkrar etdim və bir də gördüm ki, uzaqdan mənə tərəf bir süvari gəlir. Amma bataqlığa batmayıb onun üzəri ilə hərəkət edirdi. Süvari mənə yaxınlaşıb dəvənin qulağına dedi: Qapıya qədər. Dəvə dərhal ayaqlarını çıxarıb Kufəyə tərəf sür`ətlə hərəkət etməyə başladı. Üzümü ona tutub soruşdum: Sən kimsən? Buyurdu: Mən Mehdiyəm. Dedim: Daha sizi necə görə bilərəm? Buyurdu: Nə vaxt istəsən.
Dəvə Kufə şəhərinin qapısına çatdıqda yerə oturdu. Mən də həmin kəlməni dəvənin qulağına təkrar etdim. Dedim: Sənə deyiblər qapıya qədər. O da dərhal yerindən qalxıb məni evimin qapısına qədər apardı, amma bu dəfə oturan kimi öldü.
Hacı Şeyx Məhəmməd Kafi o qədər pak və təqvalı bir şəxsiyyət idi ki, insan onun həqiqətdən uzaq, hətta bircə kəlmə deməsinə ehtimal vermirdi. Sonra o sözlərinə davam edərək dedi: Bu əhvalatdan sonra iyirmi beş dəfə İmam Zamanla (ə) görüşə nail oldum.
Mən bu görüşlərdən bə`zilərini mərhum hacı molla Ağacana nəql etdiyim zaman mənə dedi: Onlardan bə`ziləri mükaşifə halında olub. O, olduqca pak və təqvalı bir şəxs olduğu üçün elə bilmişdir ki, İmam Zamanla (ə) aşkarda görüşmüşdür.
Read more
Böyük alim və müctəhid Ayətullah-üzma Seyyid Əbül-Həsən İsfahani dövrünün tanınmış fəqih və ...
Media Removed
Böyük alim və müctəhid Ayətullah-üzma Seyyid Əbül-Həsən İsfahani dövrünün tanınmış fəqih və ustadlarından biri olmuşdur. Onun vasitəsiz olaraq İmam Zamanla (ə) görüşü, verdiyi hökmlərinin "böyük qeyb dövrü”ndə İmam (ə) tərəfindən təsdiq olunması şübhəsizdir. Ümumiyyətlə, böyük ... Böyük alim və müctəhid Ayətullah-üzma Seyyid Əbül-Həsən İsfahani dövrünün tanınmış fəqih və ustadlarından biri olmuşdur. Onun vasitəsiz olaraq İmam Zamanla (ə) görüşü, verdiyi hökmlərinin "böyük qeyb dövrü”ndə İmam (ə) tərəfindən təsdiq olunması şübhəsizdir. Ümumiyyətlə, böyük qeyb dövründə çox az müctəhidə rast gəlinir ki, İmam Zamanın (ə) xass ikram və ehtiramı ona nəsib olsun.
İmam Zaman (ə)-ın bu böyük şəxsiyyətə və ümmətin rəhbərinə bəxş etdiyi kəramətlərdən biri də ona yazdığı məktublarıdır. Bu isə İmamın ona olan rəğbətini göstərir. Məktublardan biri "Əməlisaleh alimlərin zinəti” ləqəbini almış Şeyx Məhəmməd Kufi Şüştərinin vasitəsilə göndərilir. Məktubda deyilir:
"Xalqın qulluğunda dur və hamının səninlə əlaqə saxlamasına şərait yarat. Evinin dəhlizini görüş üçün tə`yin et ki, onlar səninlə rahat ünsiyyətdə ola bilsinlər. Hər zaman camaatın xahiş və istəklərini yerinə yetirməyə çalış və bil ki, biz də sənə köməyimizi edəcəyik.”
Read more
Şeyx Mehdi Muəzzi buyurur: Mərhum Şeyx Mürtəza Tehranın zahid və təqvalı alimlərindən olmuşdur. ...
Media Removed
Şeyx Mehdi Muəzzi buyurur: Mərhum Şeyx Mürtəza Tehranın zahid və təqvalı alimlərindən olmuşdur. O, belə bir əhvalat nəql edir: Mərhum seyyid Əbdülkərim Mahmudi cümə axşamları İmam Zamanla (ə) görüşərdi. O, deyir: Bir cümə axşamı Reydə həzrət Əbdüləzimin ziyarətgahında fədası olduğum ... Şeyx Mehdi Muəzzi buyurur: Mərhum Şeyx Mürtəza Tehranın zahid və təqvalı alimlərindən olmuşdur. O, belə bir əhvalat nəql edir:
Mərhum seyyid Əbdülkərim Mahmudi cümə axşamları İmam Zamanla (ə) görüşərdi. O, deyir: Bir cümə axşamı Reydə həzrət Əbdüləzimin ziyarətgahında fədası olduğum İmam Zamanla (ə) görüşdüm. Mənə dedi: Seyyid, gəl birlikdə cəddim Əli ibn Musa Rza (ə)-ın ziyarətinə gedək. Dedim: İxtiyarınızdayam, hara istəyirsinizsə gedək. Birlikdə bir neçə addım atdıqdan sonra gördüm ki, artıq İmam Zaman (ə)-ın ziyarətgahına çatmışıq. Birlikdə ziyarət edib yenidən həmin qaydada geri qayıdıb, bir anın içində Tehranda olduq. Yenə İmam Zaman (ə) buyurdu: İndi də gəl, hacı seyyid Əli Müfəssirin ziyarətinə gedək (onun qəbri imamzadə Abdullanın ziyarətgahının içindədir). İmam Zamanla (ə) qəbirə yaxınlaşdıqda, gördüm ki, mərhumun ruhu qəbirin kənarında dayanıb həzrətə öz ehtiramını bildirir. Sonra Seyyid Əli mənə dedi: Seyyid! Hacı şeyx Mürtəzaya mənim salamımı çatdır və de ki, nə üçün dostluğa riayət etmir və bizi görməyə gəlmir? Niyə bizi unudub?
İmam Zaman (ə), Seyyid Əliyə dedi: Hacı şeyx Mürtəzanı üzürlü hesab et, başı bərk qarışıqdı. Onun yerinə özüm gələcəyəm.
Read more
Axtar meni. Axtar meni.
️ +98 5132003334 Imam Rza (ə) hərəmin nömrəsi. Hərkimse mehrəban ağa ile birneçe deqqe dərdləşmek isyteyir buyursun zeng elesin. Nömreye baglanandan sonra sebr edin imama mexsus salavati oxunsun sonra danişin. Telefon zərihe ən yaxin mekanda qoyulub. Iltimas dua. ☎️ +98 5132003334

Imam Rza (ə) hərəmin nömrəsi.
Hərkimse mehrəban ağa ile birneçe deqqe dərdləşmek isyteyir buyursun zeng elesin.
Nömreye baglanandan sonra sebr edin imama mexsus salavati oxunsun sonra danişin.
Telefon zərihe ən yaxin mekanda qoyulub.
Iltimas dua.
Əyər dünyada bütün kişilər təqvalı olsaydı, birdənədə əxlaqsız qadın tapılmazdı. Əxlaqlı qadin ...
Media Removed
Əyər dünyada bütün kişilər təqvalı olsaydı, birdənədə əxlaqsız qadın tapılmazdı. Əxlaqlı qadin olan yerdə kişi əxlaqsızlıq ede bilməz. Əyər dünyada bütün kişilər təqvalı olsaydı, birdənədə əxlaqsız qadın tapılmazdı. Əxlaqlı qadin olan yerdə kişi əxlaqsızlıq ede bilməz.
Mərhum Məhəmməd Təqi Bafiqi (Allah ona rəhmət etsin) İmam Zamanla (ə) əlaqə yaratmaqda o qədər ...
Media Removed
Mərhum Məhəmməd Təqi Bafiqi (Allah ona rəhmət etsin) İmam Zamanla (ə) əlaqə yaratmaqda o qədər güclü və o qədər təqvalı bir şəxsiyyət idi ki, nə zaman bir istəyi olsaydı, dərhal Cəmkəran məscidinə gedər və hacətini İmam Zaman (ə)-dan alardı. "Alimlər xəzinəsi” kitabının müəllifi bu əhvalatı ... Mərhum Məhəmməd Təqi Bafiqi (Allah ona rəhmət etsin) İmam Zamanla (ə) əlaqə yaratmaqda o qədər güclü və o qədər təqvalı bir şəxsiyyət idi ki, nə zaman bir istəyi olsaydı, dərhal Cəmkəran məscidinə gedər və hacətini İmam Zaman (ə)-dan alardı. "Alimlər xəzinəsi” kitabının müəllifi bu əhvalatı Qumun elmi hövzəsinin böyük alimlərindən birindən nəql edir:
Ayətullah hacı seyyid Məhəmməd Rza Gülpayeqani buyurardı ki, Ayətullah Əbdülkərim Hairinin dövründə dörd yüz tələbə Qum hövzəsinə cəm olub onun tələbələr üçün təqaüd üzrə nümayəndəsi mərhum hacı şeyx Məhəmməd Təqidən qış əbası istəyirlər. Şeyx Bafiqi tələbələrin istəyini mərhum Əbdülkərim Hairiyə çatdırır. Əbdülkərim Hairi deyir: Dörd yüz ədəd əbanı haradan tapaq? Şeyx Bafiqi deyir: Fədası olduğumuz İmam Zaman (ə)-dan alarıq. Hacı şeyx Əbdülkərim Hairi deyir: Bu qədər şeyi o həzrətdən almaq üçün mənim heç bir yolum yoxdur. Şeyx Bafiqi deyir: İnşaallah, mən İmam Zaman (ə)-dan alaram.
O, cümə günü axşam Cəmkəran məscidinə gedib orada İmam Zamanla (ə) görüşür. Səhəri gün Şeyx Əbdülkərim Hairinin yanına gəlib deyir: İmam Zaman (ə) buyurdu ki, sabah sizə dörd yüz əba verəcəkdir.
Cümə günü səhər tacirlərdən bir nəfər dörd yüz əba gətirib hövzəyə təhvil verdi.
Read more
Şeyx Saduk-dan nəql olunur İmam Kazım (əs) buyurdu : Aylı gecədə İmam Sadıq (ə.s) sayılıb - seçilən ...
Media Removed
Şeyx Saduk-dan nəql olunur İmam Kazım (əs) buyurdu : Aylı gecədə İmam Sadıq (ə.s) sayılıb - seçilən Səhabələrindən bir neçəsi Onlarda (İmam Sadiq (əs)-am gildə) oturmuşdular. Və Onlar dedilər : «Ey Allahın Rəsulu (s) oğlu! Necədə bu nur sacan ulduzlar qəşənqdir!» İmam Sadiq(əs) buyurdu ... Şeyx Saduk-dan nəql olunur İmam Kazım (əs) buyurdu :
Aylı gecədə İmam Sadıq (ə.s) sayılıb - seçilən Səhabələrindən bir neçəsi Onlarda (İmam Sadiq (əs)-am gildə) oturmuşdular. Və Onlar dedilər : «Ey Allahın Rəsulu (s) oğlu! Necədə bu nur sacan ulduzlar qəşənqdir!» İmam Sadiq(əs) buyurdu : «Bunu siz deyirsiniz, Amma dörd nəfər əmirləri icra eyləyənlər Cəbrayıl, Mikayıl, İsrafil və Can Alan mələk (Əzrayıl) isə (göydən) yerə baxaraq sizləri və sizlərin qarsaşlarının dünyanın başqa-başqa hissələrində görürlər, və sizlərin nuru göylərdə və yerdə, bu ulduzların nur sacmaqından daha da qəşəngdir. Onlarda sizin kimi deyirlər necədə bu möminləri nuru qəşənqdir!» («Uyun Əxbər Rza», cild 2 səh 5)
Read more
Mərhum şeyx Məhəmməd Təqi Bafiqi, Rza şah Pəhləvinin zülmkar rejiminə baş əyməyən mübariz alimlərdən ...
Media Removed
Mərhum şeyx Məhəmməd Təqi Bafiqi, Rza şah Pəhləvinin zülmkar rejiminə baş əyməyən mübariz alimlərdən biri olmuşdur. Zalım şah dəfələrlə onu zindana salmış və ucqar məntəqələrə sürgün etmişdir. "Alimlərin xəzinəsi” kitabının müəllüfi yazır: "Şeyx Məhəmməd Təqi Bafiqi "ədilləyi-ərbəə”yə ... Mərhum şeyx Məhəmməd Təqi Bafiqi, Rza şah Pəhləvinin zülmkar rejiminə baş əyməyən mübariz alimlərdən biri olmuşdur. Zalım şah dəfələrlə onu zindana salmış və ucqar məntəqələrə sürgün etmişdir. "Alimlərin xəzinəsi” kitabının müəllüfi yazır: "Şeyx Məhəmməd Təqi Bafiqi "ədilləyi-ərbəə”yə (şəriətdə əhkamların istixracı üçün dödr əsas dəlil) əsasən, İmam Zamanı (ə) görməyi tam mümkün məsələ hesab edirmiş. Hər hansı bir şeyin mümkünlüyünə ən yaxşı dəlil isə onun həyatda baş verməsidir. Bir halda ki, minlərlə insan İmam Zaman (ə)-ı görmüş, onu tanıyaraq söhbət etmişlər!” Müəllif qeyd olunanları ətraflı şərh etdikdən sonra Mərhum Bafiqidən onunla əlaqəli olan bir neçə başqa əhvalat da nəql edir ki, onlardan birini şeyx Məhəmməd Təqi Bafiqinin qardaşı, alim, zahid höccətül-İslam Molla Əsədullahın dilindən nəql edir. Deyir ki, o bu əhvalatı 1369-cu ilin səfər ayında mənə dadışdı: 
Qardaşım dəfələrlə İmam Zamanla (ə) görüşmüş və onunla söhbətlərini mənə nəql etmişdir. Amma tapşırmışdı ki, nə qədər ki,mən sağam onları kimsəyə danışmayam. Lakin indi o, dünyasını diyişdiyi üçün sizə həmin görüşlərdən bir neçəsini nəql etmək istəyirəm. Onlardan biri budur:
Bir vaxtlar qərara gəlmişdim ki, Nəcəf-Əşrəfdən piyada Məşhədə İmam Rza (ə)-ın ziyarətinə gedəm. Yola düşdüyüm vaxt qış fəsli idi. İran ərazisinə daxil oldum. Hər tərəf böyük dağ və dərələrlə əhatə olunurdu. Hava isə olduqca soyuq və ardı kəsilmədən qar yağırdı. Bir gün qürub vaxtı qarlı-boranlı bir havada yol kənarında bir qəhvəxanaya çatdım. Öz-özümə dedim: Axşam burada qalıb səhər yenə yoluma davam edərəm. Qəhvəxanaya daxil oldum, orada bir neçə "yezidi kürdü” oturub qumar oynayırdı. Öz-özümə dedim: İlahi nə edim? Axı, bunları pis işlərdən çəkindirmək mümkün deyil və mən də onlarla birlikdə burada otura bilmərəm. Hava isə çöldə olduqca soyuqdur. Beləcə, qəhvəxanadan eşikdə dayanıb götür-qoy edirdim. Hava da get-gedə qaralırdı.
Read more
Ərəb dilindən tərcümədə “Əlinin nəslindən olanlar” yaxud “Əlinin tərəfdarları” deməkdir. Dini ...
Media Removed
Ərəb dilindən tərcümədə “Əlinin nəslindən olanlar” yaxud “Əlinin tərəfdarları” deməkdir. Dini mənbələrdə çox zaman İmam Əli ibn Əbu Talibin (ə) nəslindən olan seyidləri ələvi adlandırırlar. İslam təriqətləri terminologiyası baxımından isə, ələvilik – ənənəvi şiə (cəfəri) məzhəbindən ... Ərəb dilindən tərcümədə “Əlinin nəslindən olanlar” yaxud “Əlinin tərəfdarları” deməkdir. Dini mənbələrdə çox zaman İmam Əli ibn Əbu Talibin (ə) nəslindən olan seyidləri ələvi adlandırırlar.

İslam təriqətləri terminologiyası baxımından isə, ələvilik – ənənəvi şiə (cəfəri) məzhəbindən xeyli fərqlənən, bəzi ifrat inancları özündə ehtiva edən dini cərəyandır. Ələvilər çox zaman özlərini “əhli-həqq” adlandırırlar. Türkiyədə onlara “qızılbaş” deyirlər. Qızılbaşları bəzən əlialllahilərlə eyniləşdirsələr də, bu, tamamilə yanlışdır. Bu gün nüseyriyyə qolu ilə yaşayan əliallahi inancı küfrdür, ələvilərin inancında müəyyən təhriflər və ifratlar olsa da, onlar nüseyrilərdən fərqlənirlər.

Ələvi inancında İmam Əli ibn Əbu Talibin (ə) fövqəltəbii mahiyyətinə, ilahi sifətlərinə inam əsas yer tutur. Ələvilik hal-hazırda Türkiyə ərazisində daha geniş yayılmışdır. Amma Orta Asiya və Xorasan əsilli dərvişlər vasitəsilə inkişaf etdirildiyi ehtimal olunur. Ümumiyyətlə, Anadolu (Türkiyə) ələviliyinin təməl prinsiplərində bəktaşiyyə, heydəriyyə, yəsəviyyə kimi sufi təriqətlərinin, hürufiyyə və vəhdəti-vücud dünyagörüşlərinin təsiri aydın görünür. Hətta İslam düşüncəsinə yad olan tənasüx (reinkarnasiya) və hülul (kamil insanın vücudunda Allahın həll olması) ideyaları da ələviliyə yol tapmışdır.

Ələvilik sufi yönümlü cərəyandır. Ələvilər dinindən və dilindən asılı olmayaraq hamıya sevgi ilə yanaşır, başqa əqidə ardıcıllarına qarşı dözümlü davranırlar.

Ələvilər klassik İslam ibadətlərini vacib saymırlar. Namaz, oruc, zəkat və həcc kimi vacib ibadətlər ələvilər tərəfindən simvolik şəkildə yozulur. Qədr gecələrinə keçən 3 gündə, mühərrəm ayının ilk 12 günündə oruc tutulur. Mühərrəmdən əvvəlki 3 günlük oruc məsumi-paklar orucu, mühərrəmdən sonrakı 3 günlük oruc isə Xızr orucu adlanır.

Cümə günləri ələvilər qadınların da qatıldığı cəm mərasimini təşkil edirlər. Bu mə¬rasimin daha kiçik miqyaslı variantına dərnək deyirlər. Cəm mərasimi Qurandan bir surə və ya ayə oxunuşu ilə açılır, sonra xüsusi zikrlər deyilir. Mərasim ibadətdən daha artıq, musiqili-ədəbi məclis təsiri bağışlayır. Bu tədbirlərdə Həzrət Əlini (ə) və digər imamları mədh edən şeirlər deyilir, nəğmələr oxunur.
Read more
Ayətullah Şeyx Məhəmməd Əli Əraki Qum elmi hövzəsinin tanınmış alimlərindən biri olmuşdur. Kimsə ...
Media Removed
Ayətullah Şeyx Məhəmməd Əli Əraki Qum elmi hövzəsinin tanınmış alimlərindən biri olmuşdur. Kimsə onun yüksək elmi məqam və təqvaya malik olduğuna şübhə etmir. "Alimlərin xəzinəsi” kitabının müəllifi onun ikinci cildinin 64-cü səhifəsində yazır: "Bu əhvalat müəllifə 1393-cü ilin ... Ayətullah Şeyx Məhəmməd Əli Əraki Qum elmi hövzəsinin tanınmış alimlərindən biri olmuşdur. Kimsə onun yüksək elmi məqam və təqvaya malik olduğuna şübhə etmir. "Alimlərin xəzinəsi” kitabının müəllifi onun ikinci cildinin 64-cü səhifəsində yazır: "Bu əhvalat müəllifə 1393-cü ilin Rəbius-sani ayının 26-da çərşənbə axşamı nəql olunub.
Hacı Ərakidə ərdə olan qızım Məkkəyə həcc ziyarətinə getmək istəyirdi, amma oradakı izdihamdan təvafını rahat və kamil yerinə yetirə bilməyəcəyindən narahat idi. Bir gün ona dedim: Əgər ziyarət zamanı «Ya Hafizu! Ya Əlim!» (Ey hər şeyi qoruyan! Ey hər şeyi bilən!) – zikrini ardıcıl olaraq təkrar etsən, Allah-təala sənə kömək edər. Nəhayət, həcc ziyarətinə gedib qayıdandan sonra orada başına gələni mənə nəql etdi: Ziyarət zamanı mənə tövsiyə etdiyiniz zikri ardıcıl olaraq təkrar etməklə, şükür Allaha, ziyarəti çox rahat yerinə yetirdim. Ziyarət günlərinin birində sudanlılar böyük bir izdiham yaratdılar. Təvaf etməzdən əvvəl öz-özümə fikirləşdim ki, görəsən bu qədər insanın içində necə təvaf edəcəyəm? Heyf ki, burada məni qoruya biləcək məhrəm olan bir şəxs yoxdur. Birdən qulağıma belə bir səs gəldi: İmam Zamandan kömək istə ki, rahat təvaf edə biləsən. Dedim: İmam Zaman (ə) haradadır? Cavab verdi: Qarşında gedən həmin bu şəxsdir.
Baxıb gördüm ki, qarşımda alicənab bir şəxs gedir və təxminən, özündən kənara bir metr ətrafı tamamilə boşdur. Həmin səs bir daha mənə dedi: O dairəyə daxil ol və həmin şəxsin ardınca təvaf et! Mən də dərhal həmin dairəyə daxil olub İmam Zaman (ə)-ın ardınca hərəkət etməyə başladım. Mən ona o qədər yaxın idim ki, əlimi uzatsaydım ona toxuna bilərdim!
Sakitcə əlimi onun əbasına sürtüb sonra üzümə çəkdim. Elə hey öz-özümə deyirdim: Qurbanın olum ey İmam! Canım sənə fəda olsun ey İmam! O qədər sevinirdim ki, hətta ona salam verməyi belə unutdum. Bir sözlə, kimsə mənə toxunmadan yeddi dəfə Kə`bəni təvaf etdim və gördüyüm həmin izdiham məni əsla narahat etmədi. Təəccüb edirdim ki, bu qədər insandan biri də olsun həmin dairəyə daxil olub mənə toxunmurdu.
Onun yeganə istəyi elə bu olduğundan daha Həzrətdən başqa bir şey istəməmişdi."
Read more
Seyyid Həsən Əbtəhi deyir ki, ilahi övliyalardan biri mənə istəklərin yerinə yetməsi üçün «Səlamullahil-kamilut-tamm» ...
Media Removed
Seyyid Həsən Əbtəhi deyir ki, ilahi övliyalardan biri mənə istəklərin yerinə yetməsi üçün «Səlamullahil-kamilut-tamm» duasını oxumağı tövsiyə etmişdi. Mənim isə o vaxtlar fədası olduğumuz İmam Zamanla (ə) görüşməkdən artıq heç bir istəyim yox idi. Bunun üçün də gecələr, xüsusilə ... Seyyid Həsən Əbtəhi deyir ki, ilahi övliyalardan biri mənə istəklərin yerinə yetməsi üçün «Səlamullahil-kamilut-tamm» duasını oxumağı tövsiyə etmişdi. Mənim isə o vaxtlar fədası olduğumuz İmam Zamanla (ə) görüşməkdən artıq heç bir istəyim yox idi. Bunun üçün də gecələr, xüsusilə də gecə yarısından sonra açıq səma altında bu duanı bütün qaydaları ilə oxuyurdum. Duanın sonundakı «Ya Mövlayə! Ya Sahibəzzəman! Yəbnə Rəsulillah! Hacəti kəza və kəza.» (Ey sərvərim! Ey Sahiəzzəman! Ey Peyğəmbər övladı!) ibarətində qeyd olunan "kəza və kəza” kəlmələrinin yerinə istək və hacətimi deyirdim: «Hacəti ru`yətukə və suhbətukə.» (İstəyim səni görmək, səninlə söhbət etməkdir.) Duanın sonunda bir daha hacətin dilənməsi göstərilir ki, mən yenə həmin bu hacəti istəyirdim.
Bir gün cümə axşamı gecə saat 12 radələrində Məşhəddə Gövhərşad məscidinin həyətində, açıq səma altında bu duanı oxumaqla məşğul idim. Deyə bilərəm ki, həmin vaxt məsciddə məndən savay kimsə yox idi və məscidin həyətini yalnız bir neçə çıraq işıqlandırırdı. O vaxtlar mən İmama "istiğasə” (köməyə çağırma) namazından sonra həmin ziyarəti oxuyurdum. Duadakı «Ya mövlayə! Ya Sahibəzzəman, yəbnə Rəsulillah! Hacəti ru`yətukə və suhbətukə.» "Ey sərvərim! Ey Sahibəzzaman! Ey Peyğəmbər övladı! İstəyim səni görmək və səninlə söhbət etməkdir.” – ibarəsinə çatdıqda, birdən gördüm ki, günbəzin kənarındakı "qiblə” qapısından məscidə elm əhlinə bənzər nurani və yaraşıqlı bir seyyid daxil oldu. Onu görcək, fədası olduğumuz İmam Zaman (ə) olduğuna yəqin etdim. Bunun üçün də tam yəqinliklə ziyarətimi kəsib ona tərəf yaxınlaşdım. O da sanki, məni görmürmüş kimi, başını aşağı salıb ziyarətgaha tərəf gedirdi. Heybət və alicənablığı mənə onunla kəlmə kəsməyə mane olurdu. Mən də onun ardınca ziyarətgaha daxil oldum və öz-özümə dedim: Hardan bilim ki, o fədası olduğumuz İmam Zaman (ə)-ın özüdür? Nəhayət, qarşısında dayanıb ziyarətnaməni oxumağa başladım. Lakin, bir anlıq fikrim ondan yayındı və gördüm ki, artıq o yoxdur.
Read more
Seyyid Həsən Əbtəhi deyir ki, cavan vaxtlarımda bir dəfə mərhum Hacı Molla Ağacandan soruşdum: ...
Media Removed
Seyyid Həsən Əbtəhi deyir ki, cavan vaxtlarımda bir dəfə mərhum Hacı Molla Ağacandan soruşdum: Nə üçün İmam Zaman (ə)-ı görə bilmirəm? Buyurdu: Çünki, yaşın azdır. Dedim: Əgər ləyaqətdən söz getsə, onda heç kim belə onunla görüşməyə layiq deyil. Əgər o özü lütf etsə, hətta az yaşlı uşaq ... Seyyid Həsən Əbtəhi deyir ki, cavan vaxtlarımda bir dəfə mərhum Hacı Molla Ağacandan soruşdum: Nə üçün İmam Zaman (ə)-ı görə bilmirəm? Buyurdu: Çünki, yaşın azdır. Dedim: Əgər ləyaqətdən söz getsə, onda heç kim belə onunla görüşməyə layiq deyil. Əgər o özü lütf etsə, hətta az yaşlı uşaq olsaq belə bu səadəti bizlərə nəsib edər.
Bu sözüm ona çox xoş gəldi və dedi: Düz deyirsən. Siz sabah axşam İmam Rza (ə)-ın ziyarətgahında axşam namazı vaxtı hazır olun ki, intizarın sona çatacaq.
Həmin gecə ziyarətgahda oldum. Əhval-ruhiyyəm də çox yaxşı idi və mən İmam Zaman (ə)-ın görüşünə nail olacağıma ümid bəsləyirdim. Amma buna müvəffəq ola bilmədim və bundan olduqca təsirlənərək şam yeməyi üçün evə gəldim. Evin yolu dar və qaranlıq küçələrdən keçirdi. Birdən, uzaqdan bədənindəki bütün paltarları, hətta başında yaşıl əmmaməli bir alicənab seyyidin gəldiyini gördüm. Mənə yaxınlaşıb salam verdi, mən də salamının cavabını verdim, amma belə bir qeyri-adi görüşdən dərin fikirə daldım. Fikirləşdim ki, görəsən bu şəxs kim idi? Bu fikirlə müsafirxanaya çatdım. Molla Ağacan məni görcək, bir söz demədən bu misra ilə başlanan bir qəzəli söyləməyə başladı:
Sirlər xəzinəsinin gövhəri o idi ki, keçdi...
Onu dinlədikdən sonra halım tamamilə dəyişildi və başa düşdüm ki, yolda qarşılaşdığım həmin alicənab şəxs İmam Zaman (ə) imiş.
Read more
İranın məşhur rəssamı Əli Əşrəf Vali hicri-şəmsi tarixi ilə 2010-cu ildə dünyasını dəyişdi. Bu ...
Media Removed
İranın məşhur rəssamı Əli Əşrəf Vali hicri-şəmsi tarixi ilə 2010-cu ildə dünyasını dəyişdi. Bu böyük rəssamın ölümü münasibəti ilə Ayətullah Xamenei xalqa başsağlığı verdi. Lakin Əli Əşrəf adlı incəsənət xadiminin şöhrətli rəssam olmasına səbəb aşağıda onun öz dilindən qeyd edəcəyimiz ... İranın məşhur rəssamı Əli Əşrəf Vali hicri-şəmsi tarixi ilə 2010-cu ildə dünyasını dəyişdi. Bu böyük rəssamın ölümü münasibəti ilə Ayətullah Xamenei xalqa başsağlığı verdi.

Lakin Əli Əşrəf adlı incəsənət xadiminin şöhrətli rəssam olmasına səbəb aşağıda onun öz dilindən qeyd edəcəyimiz çox maraqlı hadisə olub:
"13 yaşımda sadiq yuxu gördüm. Yuxudu olduqca nurlu bir şəxslə qarşılaşdım. Mənə o qədər tanış gəlirdi ki, sanki onu uzun zamandı tanıyırdım. Bəli, o Həzrət Əli (ə) idi. Mən o yuxunu gördüyüm gündən rəssamlıq sənətinin ardıyca getdim ki, bu sənəti öyrəndikdən sonra bəlkə onun şəklini gördüyüm kimi çəkə biləm.” Əli Əşrəf Vali adlı bu şəxs rəssamlığı öyrənmək üçün incəsənət universitetinin rəssamlıq fakultəsinə daxil olur. Və o bu şəkili çəkmək üçün 21 il rəssamlıq sahəsində çalışdıqdan sonra, öz ali hədəfini həyata keçirərək, sadiq bir yuxuda gördüyü şəxsin, yəni İmam Əli-nin rəsmini çəkir.
Rəsm əsəri sərgiyə qoylur, alimlər və təqlid mərcələri bildirirlər ki, rəvayətlərdə İmam Əli-nin görkəmi barəsində nəql olunanlara əsasən bu şəkil Hz. Əliyə (ə) ən çox oxşayan mövcud şəkildir.
Rəsm əsəri hazırda Məşhəd şəhərində İmam Rzanın (ə) hərəminin muzeyində saxlanılir.

sözü gedən foto
Read more
Böyük ariflərdən olan Əbu Təlhə Ənsarinin gözəl və həm də çox sevdiyi bir bağı var idi. Günlərin ...
Media Removed
Böyük ariflərdən olan Əbu Təlhə Ənsarinin gözəl və həm də çox sevdiyi bir bağı var idi. Günlərin birində namazda ikən fikri İlahi hüzurdan yayınaraq bağda seyr etməyə başladı. Əbu Təlhə namazdan sonra çox sevdiyi bağını Allah yolunda sədəqə verdi ki, bir də aşiq ilə məşuqun söhbətinə ... Böyük ariflərdən olan Əbu Təlhə Ənsarinin gözəl və həm də çox sevdiyi bir bağı var idi.
Günlərin birində namazda ikən fikri İlahi hüzurdan yayınaraq bağda seyr etməyə başladı.
Əbu Təlhə namazdan sonra çox sevdiyi bağını Allah yolunda sədəqə verdi ki, bir də aşiq ilə məşuqun söhbətinə manə olmasın. (Nəraqi, "Cameus-Səadat", c.3, s.104.)
Read more